Aynurə Zeynalova: Əldə olunan nəticələr gələcək strategiyaların qurulmasında bizə yol göstərəcək
Bakı, 8 may, AZƏRTAC
Küçə mühitində olan uşaqlar — təhsildən, ailə qayğısından və sağlam həyat şəraitindən kənarda qalan, cəmiyyətin ən həssas və risk altında olan təbəqəsidir. Bu uşaqların fiziki və psixoloji sağlamlığı ciddi təhlükə altındadır. Onlar tez-tez qidalanma çatışmazlığı, yoluxucu və xroniki xəstəliklər, psixoloji travmalar, istismar və zorakılıq kimi hallar ilə üzləşirlər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfransda çıxış edərkən deyib.
A. Zeynalova bildirib ki, Səhiyyə Nazirliyi bu həssas qrupun müdafiəsi üçün profilaktik tədbirlərin gücləndirilməsi, erkən diaqnostika, tibbi yardımın əlçatan olması və psixoloji dəstək xidmətlərinin artırılmasını prioritet hesab edir: "Lakin bu sahədə uğurlu nəticələr əldə etmək yalnız səhiyyə sisteminin deyil, bütün aidiyyəti qurumların birgə və əlaqəli fəaliyyəti ilə mümkündür. Bu baxımdan, həyata keçirilən layihə çox önəmlidir. Layihə çərçivəsində qurumlararası əməkdaşlığın möhkəmləndirilməsi, məlumat mübadiləsinin təkmilləşdirilməsi və hər bir uşağın taleyinə fərdi yanaşmanın tətbiqi gələcək fəaliyyətimiz üçün möhkəm bir zəmin yaradır.
Əldə olunan nəticələr, formalaşan mexanizmlər və tövsiyələr gələcək strategiyaların qurulmasında bizə yol göstərəcək".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]