Azad edilmiş ərazilər minalardan təmizləndikcə nadir bitkilərin monitorinqləri aparılacaq
Bakı, 14 oktyabr, AZƏRTAC
Azad edilmiş ərazilərdə meşələrin vəziyyəti ilə əlaqədar qismən də olsa monitorinqlər aparılır. Sonuncu “Qırmızı kitab”a həmin ərazilərdə yayılan 70-dən çox növ daxil idi. Ərazilər minalardan təmizləndikdən və tam ərazi monitorinqləri aparıldıqdan sonra orada nadir bitkilərin vəziyyətini qiymətləndirə bilərik.
AZƏRTAC xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin şöbə müdiri Vahid Fərzəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
“Həmin ərazilərdə təbiət abidələri də çox idi. Ərazilər minalardan təmizləndikcə nadir bitkilərin monitorinqləri aparılacaq və qiymətləndirmənin nəticələri açıqlanacaq. Bu zaman azad edilən ərazilərdə nadir bitkilərin vəziyyəti, onlardan hansının populyasiyasının azaldığı, hansının növlərin tam olaraq sıradan çıxdığı məlum olacaq”, - deyə V.Fərzəliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]