Azad edilmiş ərazilərdə sürətli bərpanı təmin edəcək bütün zəruri addımlar atılır
Bakı, 10 fevral, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə istehsal təyinatı məqsədilə idxal olunacaq xammal və materialların, eləcə də texnika və texnoloji qurğuların siyahısı hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri Zamin Bədirxanov deyib.
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin əsas vəzifələrindən biri işğaldan azad edilmiş ərazilərdə əlverişli biznes mühitinin yaradılmasıdır. Vergi və gömrük güzəştlərinin tətbiqi, dövlət sosial sığorta ödənişləri ilə bağlı subsidiyalaşdırma, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, kommunal xidmətlərin güzəştli şərtlərlə ödənilməsi, işğaldan azad olunmuş ərazilərə mütəxəssislərin cəlb edilməsi ilə bağlı əmək kvotasının yaradılması və iş icazəsinin verilməsi ilə bağlı artıq bir sıra tədbirlər görülür.
Belə ki, istehsal təyinatı məqsədilə idxal olunacaq xammal və materiallar, eləcə də texnika, texnoloji qurğuların 10 il müddətinə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur. Bununla bağlı artıq müvafiq qanunvericiliyə dəyişiklik edilib. Lakin hazırda məhsulların, texnika və texnoloji qurğuların siyahısı aidiyyəti dövlət qurumları ilə razılaşdırılır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]