AZAL Azərbaycan və Bəhreyni birləşdirəcək
Bakı, 17 mart, AZƏRTAC
İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də olacaq. İlkin olaraq, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə ediləcək.
Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan Fars körfəzində yerləşən bir ada ölkəsidir.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:53]