Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Bakıda gənclərin idman festivalı keçiriləcək
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan - Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə iyunun 5-də Bakıda gənclərin idman festivalı keçiriləcək. Bakı İdman Sarayında təşkil ediləcək festivalda akrobatika gimnastikası, güləş, kapoeyra və brekdans növlərində idmançılar iştirak edəcəklər.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Azərbaycan və Bolqarıstan idmançıları, idman ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Festivalda iştirak edəcək Bolqarıstan idman nümayəndə heyəti bu gün ölkəmizə gəlib.
Festivalın sonunda mükafatlandırma mərasimi keçiriləcək.