Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan – turizm kəşflərinin daycesti

Bakı, 27 aprel, AZƏRTAC

Biz necə də gözəl ölkədə yaşayırıq: bir neçə iqlim zonası, multikultural ənənələr, zəngin tarixi və təbii irs Azərbaycanı turizm üçün həqiqətən bitməz-tükənməz imkanlar diyarına çevirir. Səyahətçiləri burada nə qədər maraqlı kəşflər gözləyir!

Bilirsinizmi ki, məsələn, respublikanın Masallı rayonunda banan yetişir və krablar (onayaqlı dəniz xərçəngi) yaşayır, yaxud dünyanın ən qədim kərə yağı İsmayıllının diyarşünaslıq muzeyində saxlanılır və ya Şamaxıda yeni musiqi aləti ixtira edilib, Xınalıqda isə qar adamla üz-üzə gələn ovçu yaşayır?!

Bu və digər əyləncəli, bəzən isə müəmmalı faktlar barədə sizi bu gün məlumatlandırmaq istəyirik.

Gəncənin əzəmətli parkı və Masallı möcüzələri

Azərbaycan burada heç olmasa bir dəfə olmuş adamı məftun edir. “Odlar Yurdu”nda ilk dəfə olan turistlər bir səslə deyirlər ki, səfər onlar üçün əsl kəşf olub - Azərbaycan isə onların qarşısında parlaq rəngləri ilə nadir brilyant kimi bərq vurub. Səyahətçilər Bakının mərkəzindəki Qız qalasını, Şəki xanları sarayının Venesiya şüşələrinin gözqamaşdırıcı parıltısını və bəşər sivilizasiyasının beşiyi - minlərlə heyrətamiz petroqliflərin həkk olunduğu Qobustan qayalarını buradan ayrıldıqdan sonra hələ xeyli müddət xatırlayırlar. Lakin Azərbaycanın geniş şöhrət tapmış görməli yerləri ilə yanaşı, bu və ya digər şəhər və rayonunda turistləri hələ nə qədər heyrətamiz tapıntılar gözləyir.

Kimin ağlına gələrdi ki, Gəncədə Heydər Əliyev adına park kompleksi hazırda Azərbaycanda və Qafqazda ən böyük parkdır və dünyanın ən böyük beş parkından biridir! Onun ümumi sahəsi nə az, nə çox, 450 hektardır! Parkın girişində tamaşaçıları möhtəşəm “Zəfər tağı” gözləyir. Bu, eni 20 metr, uzunluğu 50 metr, hündürlüyü 38 metr olan tikilidir. Tağın başına xüsusi pilləkən və ya liftlə qalxmaq olar. Yuxarıda muzey, kafe və baxış meydançası var. Buradan şəhərə və ətraf yerlərə heyrətamiz mənzərə açılır. Adamlar “Zəfər tağı”ndan keçərək uzunluğu 2 kilometr olan geniş xiyabana daxil olurlar. Parkda ümumilikdə 16 fəvvarə quraşdırılıb.

Gəncə haqqında daha bir kəlmə: qutabı burada kətə adlandırırlar! Gəncə kətəsi pendir qatılmış ət və ya göyərti ilə olur. Porsiya, bir qayda olaraq, iri və doyumludur, üstünə sumax səpilir - çox dadlıdır!

Masallı - Azərbaycanın qeyri-adi koloritli və maraqlı guşəsi də özündə çox sürprizlər gizlədir. Subtropik mülayim iqlimi var, yayda burada havanın temperaturu +29 dərəcədir. Bütün rayon sıx meşələrlə örtülüb. Bu meşələrdə nadir bitkilər, o cümlədən məşhur dəmir ağacı bitir. Ancaq burada bananın yetişməsini çox adam gözləmir, lakin onlara burada hər yerdə rast gəlmək olar. Üstəlik bəzi yerlərdə yaşıl banan salxımlarını görmək olar. Hərçənd bu salxımlar yetişməyə güclə gedib çatır, lakin bu ekzotika yerli mənzərəni zənginləşdirir.

Masallı rayonu özünün çoxsaylı isti mineral bulaqları ilə məşhurdur. Burada məşhur “Fatimeyi-Zəhra” sanatoriyası yerləşir. Sanatoriyanın ətrafında isə müalicəvi bulaqda krablar bəslənir! Bu kiçik ziyansız şirin su xərçəngləri təkcə istirahət edənlərin gözünü oxşamır, həm də bu yerlərin ekoloji təmizliyinin çox gözəl indikatorudur.

Nəhayət, Masallı öz mahir ustaları ilə də məşhurdur. Məsələn, Lənkəran şosesinin 10 kilometrliyində yerləşən Xanalion kəndində qeyri-adi çayxana var. Onun sahibi Maqsud Şirəliyev köşklərdən birini ağacda - 35 metr hündürlükdə qurub! Çay dəstgahı podnosda buraya 50 metrlik trosun köməyilə qaldırılır. Hər kəs çay içmək üçün belə hündürlüyə qalxmağa cəsarət etməz. Ayaqları altında möhkəm yeri hiss etməyə üstünlük verənlər bağda quraşdırılmış köşklərdə otura bilərlər. Burada ekzotik bitkilərin 26 növü, meyvə ağacları və kollarının 38 növü yetişir.

Xanalion kəndinin daha bir sakini Əkrəm Cabbarov da bitkilərə hədsiz maraq göstərir. O, 11 ildə tut ağacına floranın 23 növünü peyvənd edə bilib. Bəzi bitkiləri o, əvvəlcədən gövdədə açılmış və torpaqla doldurulmuş oyuqda əkib. Buna baxmayaraq, bitki növlərinin çoxu inkişaf edir və məhsuldardır. Açığını deyək ki, tut ağacından xiyarın asılması, əriyin “boylanması”, burada dəfnə yarpaqlarının bitməsi qeyri-adidir.

Lahıcın numerologiyası və Nic kəndinin sakini Geroy

İsmayıllı Azərbaycanın etnoqrafik turizm mərkəzlərindən biridir. Təəccüblü deyil ki, sənətkarlar şəhəri Lahıcda, Basqal kəndində indiyədək ənənəvi kəlağayı istehsal olunur, əhalisi arasında molokanların üstünlük təşkil etdiyi İvanovka kəndi də buradadır. Bilirsinizmi ki, Lahıcda hər şey 7 rəqəmi ilə başlayır? 7 dağın arxasında yerləşən bu kənddə 7 bulaq, 7 məhəllə və 7 hamam var. Burada indiyədək IX əsrdə çəkilmiş kanalizasiya sistemindən istifadə olunur, özü də sistem elə məharətlə qurulub ki, sakinlər axan suyun hara getdiyini indinin özündə də bilmirlər.

İsmayıllının digər məşhur kəndi Basqalda XVI əsrdə əkilmiş çinar var. Onun nəhəng gövdəsində açılmış oyuqda çayxana, sonra isə bərbərxana yerləşirdi. İndi bu ağac dövlət tərəfindən mühafizə olunur. Basqalın daha bir maraqlı səciyyəvi cəhəti odur ki, orada bütün evlərin üzü Məkkəyə tərəf baxır.

İvanovkanın da səciyyəvi cəhətləri var. Məsələn, kəndin yaxınlığından Ax-ox çayı keçir. Deyilənə görə, bu ərazidə bir dəfə güclü daşqın olub, molokanların evlərinə ziyan dəyib. Çayın sahilinə toplaşan sakinlər qışqırmağa başlayıblar. Onların qışqırığı və fəryadları uzaqlara “Ax!” və “Ox!” kimi yayılıb. Həmin vaxtdan çayın adı Ax-ox qalıb.

Yeri gəlmişkən, İsmayıllının zəngin tarixi ilə əyani tanış olmağa imkan yaradan diyarşünaslıq muzeyində çoxlu nadir eksponatlar qorunur. Bunlardan biri kərə yağının dünyada ən qədim növüdür. Yağ Mollaisaqlı kəndində qədim amforanın içindən, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilən zaman tapılıb. Paytaxtın arxeologiya muzeyinin mütəxəssisləri ekspertiza aparıb və müəyyən ediblər ki, yağ e.ə. III-I əsrlərə aiddir. Buradakı daşı - kosmosun ənginliyindən buraya düşmüş meteorit olduğu güman edilən daşı da yaddan çıxarmaq olmaz. Daşın kiçik ölçüləri, eyni zamanda, qeyri-adi ağır çəkisi onun mənşəyi haqqında şübhə doğurmur.

Etnoturizmdən danışanda Qəbələ rayon mərkəzinin 40 km cənub-qərbində Nic kəndini də yaddan çıxarmaq olmaz. Burada udinlər yaşayır. Tarixçilərin fikrincə, onlar Qafqaz albanlarının əcdadlarıdır. Udinlərin əksəriyyəti xristian dininə sitayiş edir. Maraqlıdır ki, Nic kəndində udin adları ilə yanaşı, başqa xalqlardan götürülmüş adlar da var. Məsələn, kənddə Vitali, Sergey adlı adamlar yaşayır, kənd sakinlərindən birinin adı Valter, birininki isə Geroydur.

Şəmkir bambuku və Şamaxı fenomeni

Çoxları yəqin, eşidib ki, bir vaxtlar Azərbaycanda, Şəmkirdə alman koloniyası olub. Şəhərdə bu gün də o zamanların maddi sübutları qalmaqdadır: lüteran kilsəsi, ənənəvi evlər, şərab zirzəmiləri.

Lakin heç də hamı bilmir ki, qiymətli yadigarlar təkcə şəhərin mərkəzində qalmayıb. Şəmkir rayonunda kolonistlərin daha bir dayağı indiki Çinarlı (keçmiş Georqsfeld) kəndidir. İnzibati mərkəzdən 15 kilometr aralıda yerləşən və Almaniyadan gəlmiş insanların izlərini ehtiramla qoruyur. Kəndin əsası 1888-ci ildə qoyulub, iki il sonra isə burada sahəsi 5 hektar olan mənzərəli park salınıb. Onun ərazisində kənd əhalisinin asudə vaxtının keçirməsi üçün rəqs meydançası, mədəniyyət evi, habelə şərab istehsalı üzrə müəssisə və lüteran kilsəsi vardır. Qeyd etmək lazımdır ki, bir çox tikililər heç də pis vəziyyətdə deyil. Parka xüsusi gözəlliyi ağaclar verir, onlar o qədər gurdur ki, sanki cəngəlliyə düşmüsən. Nəhəng sərv və şam ağacları ilə yanaşı hər addımda qarşıya çıxan yelpiyə bənzər palmalar bu təsəvvürü daha da gücləndirir. Parkda nadir hind qozu, nə qədər paradoksal olsa da, hətta bambuk belə bitir.

Çinarlı qəsəbəsinin daha bir görməli yeri köhnə körpüdür. Bu körpü onunla məşhurdur ki, onun üzərində Azərbaycan kinematoqrafının klassikası sayılan məşhur “Əhməd haradadır?” filminin çəkilişləri aparılıb.

Bir vaxtlar möhtəşəm Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxının da qürrələnməyə çox şeyi var. Burada, Uşaq Yaradıcılığı Mərkəzində dünyada analoqu olmayan musiqi aləti var. Onun yaradılmasına 15 il sərf edilib. Alət üçkomponentli nağara qurğusundan ibarətdir, lakin onun vasitəsi ilə sadəcə ritm tutmaq yox... melodiya çalırlar! Onun ilk komponenti tonallıq üzrə 3 oktavaya bölünən 36 kiçik nağaran ibarətdir. Digər iki komponent bir oktavalıdır və müşayiət üçün nəzərdə tutulub. Unikal qurğu yaradıcısının adını daşıyır - “Antik”. Onun ixtiraçısı Uşaq Yaradıcılıq Mərkəzinin müəllimlərindən biri olan Antik Seyidovdur. İstedadlı musiqiçi və bəstəkar artıq bu qurğuda ənənəvi musiqi alətlərinin - royal, skripka, qarmon, zurnanın müşayiəti ilə bir neçə əsər yazıb, onların vokal partiyalarının ifaçısı öz qızıdır. Əgər axtarış sətrində “Ehli Quran” sözlərini yazsanız, bu musiqiyə YouTube saytında qulaq asa bilərsiniz. Bu nadir ansamblın canlı ifasını isə Şamaxı Uşaq Yaradıcılıq Mərkəzinin səhnəsində dinləmək olar.

Şəkinin nəhəngləri və Xınalıqlı qar adamı

Şəki haqqında hamı bunu bilir: zəngin divar naxışları və incə şəbəkələri olan möhtəşəm Şəki xan sarayı XVIII əsrdə bircə mismar belə vurulmadan tikilib, qədim “Gələrsən-Görərsən” qalası, karvansaralar. Lakin heç də hamıya məlum deyil ki, Şəki rayonunun kəndlərində Qafqaz Albaniyasının bir neçə xristian memarlığı abidəsə var və onlardan ən məşhuru Kiş kəndindəki kilsədir. Bu kilsənin xristian-alban abidələri arasında xüsusi statusu var. Məbəd təkcə memarlıq abidəsi deyil, həm də dəyərli tarixi əhəmiyyətə malikdir. Onun rəsmi təməlqoyma tarixi I əsrdir, həmin dövrdə Azərbaycan ərazisi Albaniyanın Qafqaz hissəsinə daxil idi. Maraqlıdır ki, Kiş məbədi ilkin orta əsrlər dövrünə aid ilk zal tipli qübbəli kilsədir. Kompleksin həyətində mühafizə məqsədi ilə şəffaf plastik qübbə ilə örtülmüş qədim dəfn yeri var. Bura gələnlər bir neçə metr dərinlikdə qədim insan qalıqlarını görə bilirlər. Dəfn edilən adamların azmanlığı (təxminən iki metr boyda) adamı heyrətə gətirir. Yeri gəlmişkən, əfsanəvi Norveç səyyahı və antropoloq-alimi Tur Heyerdal burada tədqiqatlar aparıb və özünün sensasiyalı nəzəriyyəsinə sübutlar axtarıb. Heyerdalın iddiasına görə, vikinqlərin əcdadları Qafqaz əsilli olub. Məbədin yaxınlığında məşhur alimin büstü ucaldılıb.

Şəki ilə bağlı daha bir maraqlı xüsusiyyətdən söz açaq. Burada hələ iki əsr əvvəl müasir ev-xəbərçisinin (“domofon”) bənzəri mövcud olub. Belə ki, iri karvansara qapılarında müxtəlif zınqırovlar quraşdırılıb: kişi və qadın qonaqların hər biri özlərinə aid “zınqırov”dan istifadə edib. Beləliklə, müsəlman adətinə uyğun olaraq, “qadın zınqırovu”nun səsi gəldikdə qapıya ev sahibəsi çıxıb, əks cinsdən olan qonaqları isə evin kişisi qarşılayıb. Əgər yolunuzu XVIII əsrdə tikilən Yuxarı karvansaraya salsanız, buna indi də şahid ola bilərsiniz. Yeri gəlmişkən, bu tikili indi də təyinatı üzrə, yəni otel kompleksi kimi fəaliyyət göstərir.

Yəqin çoxları eşidib ki, Azərbaycanın digər rayonu Qubada diyarın ən əlçatmaz dağ kəndlərindən biri olan Xınalıq yerləşir. Rayon mərkəzindən 65 kilometr uzaqlıqda yerləşən bu kəndi səma altında açıq muzeyə oxşadırlar. Lakin Xınalıq təkcə qədim adət-ənənələri ilə tanımır, bu yerlərdə... “qar adamı”nı da görənlər olub. Bu hadisə 1988-ci ildə baş verib, gənc ovçu Babəli Babaəliyev (indi də sağdır) daş duz yemək üçün buralara gələn dağ keçilərinin intizarında Xınalıq ətrafındakı mağaraların birində pusqu qurub. Mürgüləyən ovçunu öz bədəni ilə mağaranın ağzını tutan məxluq oyadıb. Gözlərini açdıqda Babəli səsini çıxarmadan gözlərini ona zilləyən insanbənzər bədheybəti görüb. Dəhşətdən donub qalan ovçunun əl-ayağı quruyub, buna görə də yanındakı tüfəngi götürə bilməyib. Bir qədər dayanan o varlıq isə sonradan çıxıb gedib. Bu hadisədən sonra Babəli uzun müddət şokda olub, özünə gələ bilməyib və o mağaradan uzaq gəzib. Təəccüblü deyil ki, bu yerlər təkcə etnoturizm yox, həm də kriptozoologiya həvəskarlarını özünə cəzb edir.

Bu kiçik hekayəti qısaca belə bitirmək olar: Azərbaycanda gəzməli-görməli o qədər yerlər var ki... İlk neft quyusunun qazıldığı və ilk neft platformasının yaradıldığı, dünyada ən çox palçıq vulkanı olan və rekord sayda narın yetişdiyi ölkə heyrətləndirməkdə davam edir!

Azərbaycanda səyahət edə-edə hər dəfə nə isə yeni bir şey öyrənirsən. Hətta ən məlum və yaxşı tədqiq edilmiş məkanlar belə qəfildən öz sirləri ilə adamı heyrətə gətirir və siz bir daha və yenidən bura gəlmək istəyirsiniz.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü, www.goldenbook.az

Layihə haqqında

Əziz oxucular, sizi Azərbaycan regionlarında səyyahları gözləyən heyrətamiz tapıntılarla tanış etməyə davam edirik. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan regionları üzrə turist bələdçi kitabçalarının tərtibi layihəsi çərçivəsində jurnalist fotoqrafla birgə Azərbaycanın bir sıra iri bölgələrini gəzib-dolaşıb. Məqsəd turistləri bu yerlərin bitib-tükənməz potensialı ilə tanış etməkdir. Hazırda Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bir neçə dildə bələdçi kitabçaları nəşr edilib. Şəki, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycanın digər şəhər və regionları üzrə turist bələdçi kitabçalarının nəşrinə isə hazırlıq işləri görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib