Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ağsaqqallar Şurası Ermənistanın son hərbi təxribatları ilə bağlı bəyanat yayıb

Azərbaycan Ağsaqqallar Şurası Ermənistanın son hərbi təxribatları ilə bağlı bəyanat yayıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurası Ermənistanın son hərbi təxribatları ilə bağlı bəyanat yayıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev AZƏRTAC-a bildirib ki, bəyanatda deyilir:

“Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin hərbi mövqelərimizlə yanaşı, yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan və artilleriya qurğularından atəşə tutaraq törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatları aparmağa başlayıb. İşğal altındakı torpaqlarımızı azad etmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək kimi müqəddəs vəzifəni yerinə yetirmək üçün əməliyyatlara başlayan Silahlı Qüvvələrimiz qısa müddətdə düşmənə sarsıdıcı zərbələr endirib, böyük miqdarda döyüş texnikasını sıradan çıxarıb, çoxsaylı canlı qüvvəsini məhv edib və yaralayıb. Rəşadətli Ordumuz Cəbrayıl ilə yanaşı, rayonun 10-a yaxın kəndini, Tərtər, Ağdərə və Füzuli rayonlarının bir neçə yaşayış məntəqəsini mənfur düşmənlərdən təmizləyib, Suqovuşan, Murovdağ və bir sıra çox vacib strateji yüksəklikləri ələ keçirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ordumuzun hərbi qüdrətinin artırılması, döyüş qabiliyyətinin yüksəldilməsi, maddi-texniki təchizatının möhkəmləndirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimiz əldə etdiyi uğurlarla Azərbaycan tarixinin şanlı səhifələrini yazır, xalqımıza qürur dolu anlar yaşadır.

2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşlərində üzləşdiyi sarsıdıcı zərbələrdən nəticə çıxarmayaraq təxribatlar törətməkdə davam edən və Azərbaycan Ordusu qarşısında aciz duruma düşən, müqavimət göstərmək iqtidarında olmayan erməni hərbçiləri öz həmişəki xain xislətlərinə sadiq qalaraq yenə müharibə cinayətlərinə əl atır, itkilərinin əvəzini cəbhə xəttindən kənardakı yaşayış məntəqələrini artilleriya qurğularından və digər ağır silahlardan istifadə etməklə çıxmağa çalışır, dinc əhalini atəşə tutur, yaşayış binalarını və mülki obyektləri dağıdırlar. Hərbi münaqişəyə digər dövlətləri cəlb etməyə çalışaraq döyüş bölgəsindən kifayət qədər kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərinə, Abşeron rayonu ərazisinə raket zərbələri endirən Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı qanlı cinayətlər törədərək beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmaqdan çəkinmirlər.

Müharibənin qan-qadasız, itkisiz başa gəlmədiyini anlayışla qarşılasaq da, düşmənin təxribatları nəticəsində hərbçilərimiz və mülki əhalimiz arasında həyatını itirənlərin və yaralılarımızın olması bütün xalqımız kimi, ağsaqqalları da son dərəcə üzür. Biz qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımızın tezliklə sağalmasını arzulayırıq.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması üçün Azərbaycan Respublikası rəhbərliyinin verdiyi şansdan istifadə etməyən, təxribatçı bəyanatları ilə sülh danışıqlarından yayınaraq status-kvonu saxlamağa cəhd göstərən Ermənistanın “ağlını başına yığmağa” məcbur etmək missiyası Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun üzərinə düşüb. Əminik ki, onlar bu missiyanı şərəflə yerinə yetirməklə xalqımızı 30 illik arzusuna qovuşduracaq, münaqişənin ədalətli həllinə nail olaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkün soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmasını təmin edəcəkdir.

Bu şərəfli və məsuliyyətli günlərdə hamımız işğal altındakı torpaqlarımızın azad olunması, müstəqil dövlətçiliyimizin qorunması və daha da inkişaf etdirilməsi naminə Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Bu çətin dönəmdə biz ağsaqqallar gənclik enerjisi ilə fəaliyyət göstərməli, Vətənimiz uğrundakı bu ölüm-dirim mübarizəsində hərəmiz öz mövqeyimizdə daha əzmlə çalışmalıyıq. Azərbaycanın şanlı tarixi boyu ən məsuliyyətli məqamlarda hər zaman xalqın önündə olmuş respublika ağsaqqalları torpaqlarımızın azadlığı uğrunda başlanmış bu müharibədə də yüksək döyüş ruhu ilə dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanındadırlar. Biz bu məsul günlərdə bütün xalqımızı milli həmrəylik göstərməyə, hər bir sahədə düşmənə layiqli cavab verməyə çağırırıq.

Bu gün Azərbaycan əsgərinin rəşadəti bizi o qədər ruhlandırıb ki, Respublika Ağsaqqallar Şurasının hər bir üzvü yaşından asılı olmayaraq, gənclərlə yanaşı döyüşə atılmağa, üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Bu günlərdə hamımızın qəlbi dövlətimizin başçısının irəli sürdüyü “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə döyünür. Qələbə bizimlədir, çünki bizim işimiz haqq işidir, biz Vətənimiz uğrunda, torpaqlarımızı işğaldan azad etmək üçün vuruşuruq! Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qüdrətli ordumuz işğal altındakı bütün torpaqlarımızı tezliklə azad edərək Vətənimizin ərazi bütövlüyünü təmin edəcək və şanlı bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaqdır!

Allah şanlı Ordumuzu və Ali Baş Komandanımız İlham Əliyevi qorusun!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə