Azərbaycan aşıq sənəti tarixində ilk dəfə dastan tamaşaya qoyulub
Gədəbəy, 18 may, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan aşıq sənəti tarixində ilk dəfə olaraq dastan tamaşaya qoyulub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gədəbəy Aşıq Musiqisi Məktəbinin direktoru Etibar Əliyev məlumat verib.
Bildirilib ki, tamaşa dövrünün ən məşhur aşıqlarından olmuş Vəli Miskinlinin 125 illik yubileyi münasibətilə hazırlanıb. Gədəbəy Aşıq Musiqisi Məktəbinin müəllim və şagird kollektivi mayın 16-da aşığın “Canbağça səfəri” dastanını səhnələşdiriblər.
Bu vaxta qədər milli dastanlarımızın yalnız bir aşıq tərəfindən dinləyicilərə çatdırıldığını deyən E.Əliyev qeyd edib ki, səhnələşdirilən “Canbağça” dastanı tamaşasında 35 nəfər - 16 müəllim, 19 şagird yer alıb. İştirakçılar dastandakı şeirlərin söylənməsində, musiqilərin və xorun ifasında iştirak ediblər.
Xatırladaq ki, aşıq Vəli Miskinli Gədəbəyin Miskinli obasından olub, bu sənətin yaşamasına və inkişafına öz yaradıcılığı ilə töhfə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.02.2026 [18:19]
Ədliyyə naziri Göyçayda vətəndaşların müraciətlərini dinləyib
- 06.02.2026 [17:53]
Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələr təsdiqlənib FƏRMAN
- 06.02.2026 [17:39]
“Bənövşə gölü” su anbarı yenidən qurulur: 7 kəndin su problemi həll olunacaq
- 06.02.2026 [17:15]
ABAD-çı: Bir əl işi 10 günə ərsəyə gəlir FOTO VİDEO
- 06.02.2026 [17:06]
Naxçıvanda “Gənc Fest” festivalı keçirilir VİDEO
- 06.02.2026 [16:44]
Şəmkirdə küçələr abadlaşdırılır
- 06.02.2026 [16:15]
Azərbaycanda sığortalanan kənd təsərrüfatı heyvanlarının sayı 2 dəfə artıb
“GəncVİZYON” ideyatonu keçirilib
- [18:30]
Fransa ordunu gücləndirir
- [17:18]
“Beşiktaş”dan növbəti transfer
- [17:10]
Türkiyədə zəlzələ olub
- [15:41]