İDMAN
Azərbaycan atleti Nazim Babayev Avropa çempionu olub VİDEO
Bakı, 17 iyul, AZƏRTAC
Polşanın Bıdqoş şəhərində 23 yaşadək idmançılar arasında atletika üzrə Avropa çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, çempionatda üç təkanla tullanma yarışlarında ölkəmizi təmsil edən Nazim Babayev 17,18 metr nəticə ilə turnirin qalibi olub. Bu nəticə ilə atletimiz şəxsi rekordunu yeniləyib.
Finlandiyalı Simo Lipsanen yarışı ikinci, Almaniya təmsilçisi Maks Heb isə üçüncü pillədə başa vurublar.
Avropada öz yaşıdları arasında birinci olan Nazim Babayev böyüklərdə yalnız İtaliya idmançısı Fabrizio Donatodan geri qalır.
Qeyd edək ki, Nazim Babayev 2015-ci ildə İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında Avropa çempionatının qalibi olub. Atlet, həmçinin cari ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarının da çempionudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]