AZƏRBAYCAN ATLETLƏRİ GƏNCLƏR ARASINDA AVROPA BİRİNCİLİYİNDƏ ÜMUMKOMANDA HESABINDA BEŞİNCİ OLMUŞLAR
Bakı, 27 iyul (AZƏRTAC). Serbiyanın Novi-Sad şəhərində gənclər arasında yüngül atletika üzrə Avropa birinciliyi başa çatmışdır. Azərbaycan yığması üç qızıl və iki gümüş medal qazanmaqla ümumkomanda hesabında beşinci olmuşdur.
Yarışların sonuncu günü Azərbaycan komandasında Layes Abdullayeva və Ramil Quliyev qələbə qazanmışlar. Layes Abdullayeva 1500 metr məsafəyə qaçışda 4:16.63 saniyə nəticə göstərmiş, Ramil Quliyev isə 200 metr məsafəni 20,33 saniyəyə qət etmişdir ki, bu da Avropa çempionatının yeni rekordu kimi qeydə alınmışdır. Bundan əvvəl Ramil Quliyev 100 metr məsafəni 10,16 saniyəyə qət edərək, gümüş medal qazanmışdır. İdmançılarımız arasında ən yaxşı nəticəni iki qızıl medalla Haylə İbrahimov göstərmişdir. Azərbaycan atleti 10 000 metr (30:06.64) və 5000 metr (14:01.19) məsafələrdə qalib gəlmişdir.
Qadınlar arasında 3000 metr məsafəyə qaçışda idmançımız Gəzaşin Səfərova 9:17.59 saniyə nəticə ilə dördüncü yeri tutmuş və şəxsi rekordunu müəyyənləşdirmişdir.
Avropa birinciliyinin qalibi isə 10 qızıl, 8 gümüş və 7 bürünc medalla Almaniya yığma komandası olmuşdur. Sonrakı yerləri Rusiya, Ukrayna və Böyük Britaniya komandaları tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]