AZƏRBAYCAN AVARÇƏKƏNLƏRİ DÜNYA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 11 avqust (AZƏRTAC). Avqustun 13-də Kanadanın Dartmut şəhərindəki Banuk gölündə qadın və kişilər arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatı başlanacaqdır. 75 ölkənin iştirak edəcəyi mötəbər yarışda Azərbaycan da ilk dəfə təmsil olunacaqdır.
Dünya birinciliyində Azərbaycanı Valentin Demyanenko və Sergey Bezuqlıy - Maksim Prokopenko dueti təmsil edəcəkdir. V.Demyanenko 1 nəfərlik qayıqda 200 metr və 500 metr, S.Bezuqlıy - M.Prokopenko dueti isə 2 nəfərlik qayıqda 500 metr və 1000 metr məsafələrə yürüşlərə qatılacaqlar.
Kanoeçilərimiz qarşıdakı yarışa baş məşqçi Aleksandr Kolıbelnikov və məşqçi Vasili Kovbanovskinin rəhbərliyi altında hazırlaşmışlar.
Millimiz avqustun 2-də Kanadanın Toronto şəhərinə yollanmışdır. Dünya çempionatının keçiriləcəyi məkanın yaxınlığında baş tutan son hazırlıq prosesi yerli iqlimə və saat fərqinə uyğunlaşmaq məqsədi daşıyır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]