Azərbaycan Avtomobil Federasiyası drift məktəbinə qəbul elan edir
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən yaradılan drift məktəbinə qəbul elan olunur.
AZƏRTAC xəbər verir ki, drift məktəbində təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçəcək. Ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparacaq.
Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.
Qeydiyyatdan keçmək istəyən şəxslər oktyabrın 9-dək [email protected] ünvanına müraciət edə və ya 050 295 01 00 telefon nömrəsinə zəng vura bilərlər. Drift dərslərində iştirak ödənişlidir.
İlk dərslər oktyabrın 11-dən 14-dək Dənizkənarı Milli Park ərazisində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]