Azərbaycan badmintonçusu “Thailand Open-2022” turnirində əsas mərhələyə yüksəlib
Bakı, 17 may, AZƏRTAC
Badmintonçumuz Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkokda keçirilən “World tour super 500” seriyalı “Thailand Open-2022” turnirində kişilərin şəxsi yarışında əsas mərhələyə yüksəlib.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mübarizəyə təsnifatdan başlayan təmsilçimiz ilk görüşündə misirli Hatem Adhama 2:0 (21:10, 21:15) hesabı ilə qalib gəlib. İdmançımız əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Almaniya badmintonçusu Maks Veisskirheni 2:0 (21:11, 21:19) hesabı ilə məğlub edib.
Badmintonçumuz 1/16 finalda Malayziya təmsilçisi Li Zi Jia ilə qarşılaşacaq. Görüş mayın 18-də keçiriləcək. Li Zi Jia kişi badmintonçuların dünya reytinqində 6-cı sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]