AZƏRBAYCAN BAKI-TBİLİSİ-CEYHAN BORU KƏMƏRİNİ DOLDURMAQ ÜÇÜN KİFAYƏT QƏDƏR NEFT ÇIXARACAQDIR
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini doldurmaq üçün 2008-2009-cu illərdə Azərbaycanda kifayət qədər neft çıxarılacaqdır. Bunu “bp-Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord mətbuat konfransında bəyan etmişdir.
O demişdir ki, “Azəri-Çıraq-Günəşli” müqavilə yatağında 2008-2009-cu illərdə 50 milyon ton neft hasil olunacaqdır ki, bu da BTC-nin doldurulması üçün kifayətdir. Hasilatın həmin səviyyəsi xeyli müddət qalacaqdır. Bu isə Bakı-Tbilisi-Ceyhan layihəsini kommersiya baxımından doğruldur.
“bp-Azərbaycan”ın başçısı layihəyə Qazaxıstanın da qoşulmasını məqsədəuyğun sayır. Hazırda BTC boru kəməri şirkətinin səhmdarları arasında Qazaxıstanda işləyən 4 xarici şirkət də vardır. Devid Vudvord bildirmişdir ki, onlar Qazaxıstanda çıxardıqları neftin BTC boru kəməri ilə ixrac olunmasını perspektivli hesab edirlər. Onun fikrincə, lazım gələrsə, neftin nəqli zamanı kimyəvi reagentlərdən istifadə etməklə və əlavə nasos stansiyaları qoymaqla, boru kəmərinin buraxma qabiliyyətini 20 faiz artırmaq mümkün olacaqdır. Devid Vudvord vurğulamışdır ki, indi işləyən Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərlərinin gücünə də artırmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 06.06.2026 [15:21]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
- 06.06.2026 [15:20]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:14]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [15:06]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 06.06.2026 [14:54]