Azərbaycan Barselonada keçirilən beynəlxalq turizm sərgisində iştirak edir
Bakı, 20 noyabr (AZƏRTAC). İspaniyanın Barselona şəhərində keçirilən “EİBTM-2013” beynəlxalq turizm sərgisində ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın ilk dəfə iştirak etdiyi sərgidə ölkəmizin turizm potensialı 51 kvadratmetrlik pavilyonda nümayiş olunur. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri ingilis və ispan dillərində hazırlanmış xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ edilir.
Noyabrın 21-də yekunlaşacaq sərgiyə müxtəlif ölkələrdən 3 mindən çox şirkət qatılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]