Azərbaycan-Belarus oyununun ilk hissəsi qonaqların üstünlüyü ilə başa çatıb
Bakı, 23 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq oyununun ilk hissəsi rəqib komandanın üstünlüyü ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, ilk hissəyə daha fəal başlayan Belarus millisi komandamızın qapısı qarşısında təhlükəli vəziyyət yaradıb. Ancaq oyunun gedişində hər iki komanda bərabər mübarizə aparsa da, görüşün 42-ci dəqiqəsində millimizin futbolçusu Maksim Medvedev avtoqolla yadda qalıb.
Matçın ilk hissəsi Belarus yığmasının minimal üstünlüyü ilə başa çatıb - 1:0.