Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan bəşəriyyəti narahat edən çağırışlara münasibətdə böyük məsuliyyət nümayiş etdirir

Azərbaycan bəşəriyyəti narahat edən çağırışlara münasibətdə böyük məsuliyyət nümayiş etdirir

Bakı, 2 mart, AZƏRTAC

Ölkəmizin paytaxtının Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etməsi Azərbaycanın bəşəriyyəti narahat edən çağırışlara münasibətdə beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə nümayiş etdirən bir üzvü kimi davranmasının növbəti təzahürüdür.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

Siyasi ekspert vurğulayıb ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəm təsisatın tarixində ən effektiv və ən məsuliyyətli bir zaman kəsiyi kimi qəbul olunur.

“Azərbaycanın sədrliyinin Qoşulmama Hərəkatının təsis olunduğu dövrdən bəri ilk pandemiya dönəminə təsadüf etdiyini, eləcə də Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın və Birləşmiş Millətlər Təşkilatının tarixində ilk dəfə BMT Baş Assambleyasının xüsusi iclasının çağırıldığını, pandemiya ilə mübarizədə humanizm prinsiplərinin əsas götürülməsinin, peyvənd millətçiliyinə son qoyulmasının zəruriliyinin vurğulandığı vahid mövqenin nümayiş olunduğunu nəzərə alsaq, dövlətimizin öz tarixi missiyasının öhdəsindən layiqincə gəldiyini və Qoşulmama Hərəkatının gələcək fəaliyyəti üçün nümunə yaratdığını deyə bilərik.

Bu xüsusda, Bakıda keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidentinin qlobal çağırışlara münasibətdə vahid mövqenin nümayiş etdirilməsi, beynəlxalq münasibətlərdə ədalət prinsiplərinin əsas götürülməsi, davamlı sülhə və təhlükəsizliyə nail olunması üçün Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatların gələcəyi ilə bağlı baxış bucağına, özündə işlək mexanizmləri əks etdirən təşəbbüslərinə nəzər salmağı da vacib hesab edirəm.

Prezident İlham Əliyev son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturasının hazırda köklü dəyişikliklərlə üzləşdiyini və multilateralizmin təhlükə altında olduğunu qeyd etdi. Bildirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Qənaətimə görə, dövlətimizin başçısının nitqində yer alan bu məqamlar, hazırda dünyada mövcud olan münaqişə və müharibələrin, qarşıdurmaların əsas səbəbləridir”, - deyə E.Mirzəbəyli diqqətə çatdırıb.

O qeyd edib ki, bu səbəbləri aradan qaldırmadan, daha təhlükəsiz və hər bir insanın rahat, layiqli həyat sürə biləcəyi ədalətli düzən formalaşdırmaq mümkün deyil. Köhnə, öz effektivliyini itirmiş, ayrı-ayrı ölkələrin maraqlarının sütunlarından ibarət arxitektura ilə yeni düzən qurmaq olmaz və geridə qalan zaman kəsiyi bunu sübuta yetirir.

E.Mirzəbəylinin sözlərinə görə, dövlətimizin başçısının da qeyd etdiyi kimi, dünya düzəni yenidən formalaşır və hazırda dünya “Soyuq müharibə”nin sona çatmasından sonra ən ciddi Şərq-Qərb qarşıdurması ilə üz-üzədir. Sivilizasiyaların qarşıdurması üzərindən geosiyasi maraqların təmin edilməsi uğrunda mübarizə bütün bəşəriyyəti təhlükə qarşısında qoyub, insanlığı bir arada saxlayan, dinc birgəyaşayışı təmin edən dəyərlər sistemi sıradan çıxarılıb və yenisinin yaradılması istiqamətində nümayiş etdirilən daha ədalətsiz, aqressiv və məsuliyyətsiz iddialar tükdən asılı olan təhlükəsizlik mexanizmlərini də sıradan çıxara bilər.

Siyasi ekspert vurğulayıb ki, belə bir zaman kəsiyində Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük beynəlxalq təsisatı kimi qlobal proseslərin ön sıralarına çıxması, bu proseslərdə balanslaşdırıcı, tənzimləyici rol alması vacib şərtlərdən biridir və Azərbaycanın sədrliyi dönəmində Qoşulmama Hərəkatının qlobal nüfuzunun və rolunun artırılması istiqamətində atılan addımlar bunun üçün əlverişli baza formalaşdırıb.

Yeni dünya düzəninə Fransanın müstəmləkəçilik siyasətinin təsirindən də danışan siyasi ekspert deyib: “Bu gün beynəlxalq hüququn üzərlərində qlobal məsuliyyət öhdəlikləri olan bəzi üzvlərinin, o cümlədən Fransa kimi müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən ölkələrin yeni dünya düzəninə neokolonializm meyilləri müstəvisindən, istismarçı feodal təfəkkürü ilə yanaşmaları xalqların öz tarixi və hüquqi əraziləri çərçivəsində azad və suveren yaşamaq hüquqlarını məhdudlaşdırır, insan hüquq və azadlıqlarının neoimperialist iddiaların basqısı altında əzilməsinə zəmin yaradır. Öz qaranlıq müstəmləkəçi keçmişindən və bu günündən dərs götürməyən, qanlı müstəmləkə cinayətlərinə, amansız soyqırımı aktlarına görə üzr istəməyən, məsuliyyətini etiraf etməyən Fransa kimi bir ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi müstəsna səlahiyyətə - veto hüququna sahib olması sözügedən təsisatda ədalətli qərarların qəbulunu, hətta qəbul edilsə də belə icrasını şübhə altına alır. Bu baxımdan, Prezident İlham Əliyevin daha əvvəllər də, BMT Baş Assambleyasının yüksək kürsüsündən, eləcə də digər beynəlxalq təsisatların tribunalarından ifadə etdiyi kimi, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması zəruridir və bəşəriyyətin təhlükəsiz gələcəyi bu islahatların sürətindən, effektivliyindən və ədalət prinsiplərinə söykənməsindən asılıdır. Bu məqsədlə, Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini, təsisatın coğrafi baxımdan daha əhatəli və daha ədalətli olmasını təklif edir”.

E.Mirzəbəyli bildirib ki, Qoşulmama Hərəkatının dünyanın ikinci ən böyük beynəlxalq təsisat olmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında yer almaması təəssüf doğurur. Onun fikrincə, dövlətimizin başçısı bu xüsusda olduqca ədalətli və məsuliyyətin paylaşılmasına xidmət edən təşəbbüs irəli sürdü. Qeyd etdi ki, bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləməsi sözügedən təsisatda ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə söykənən qərarların qəbulu və ayrı-seçkilik etmədən tətbiqi baxımından mühüm əhəmiyyətə malikdir. Ərazisində yerləşən dövlətlərin sayına görə, Afrika qitəsi dünyada ön sırada dayanır, amma BMT Təhlükəsizlik Şurasında qitənin bir üzvü belə təsis olunmur.

Bütün bunlar, eyni zamanda, Azərbaycanın torpaqlarının 30 illik işğalı dövründə qarşılaşdığı ədalətsizliklər BMT Təhlükəsizlik Şurasının qlobal təhlükəsizliyə görə məsuliyyət daşıyan bir təsisat kimi səmərəli olmadığını sübuta yetirir. Məhz bu aspektdən BMT-də islahatların həyata keçirilməsi bütün bəşəriyyət üçün həyati əhəmiyyət daşıyır və bu istiqamətdə Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər islahatların yol xəritəsinin istinad dayağı rolunu oynaya bilər.

“Qənaətimə görə, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü təkcə pandemiya ilə mübarizədə Azərbaycanın və QH-nin oynadığı rolun önəminin vurğulanması baxımından deyil, həm də bəşəriyyətin təhlükəsiz gələcəyi naminə səsləndirilən fikirlərin qlobal əhəmiyyəti baxımından da tarixdə qalacaq”, - deyən siyasi ekspert fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH