Azərbaycan boksçuları Avropa birinciliyində iştirak edəcəklər
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 3-də Bosniya və Herseqovinanın Banya Luka şəhərində məktəbli qız və oğlan boksçular arasında Avropa birinciliyi start götürəcək.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandaları da mübarizə aparacaq.
Yığmamız oğlanların yarışında Sahib Baxışlı (40 kiloqram), Əli Abaslı (42 kiloqram), Ramiz Ağadadaşov (44 kiloqram), Oğuz İbrahimli (46 kiloqram), Tunar Mehtiyev (48 kiloqram), Yusif Həsənli (50 kiloqram), İbrahim Bədəlli (52 kiloqram), Adəm Aslanov (54 kiloqram), Anzor İsrafilov (57 kiloqram), Nurlan Müseyibli (60 kiloqram), Şükar Əliyev (63 kiloqram), Şahin Layıcov (66 kiloqram), İsmayıl Məmmədov (70 kiloqram), Mehran Rəsulov (75 kiloqram), Yusif Ağakişiyev (80 kiloqram) və Uğur Həsənovla (90 kiloqram) təmsil olunacaq.
Qızların mübarizəsində Aysel Fərəcova (40 kiloqram), Ayşən Miriyeva (42 kiloqram), Saraxanım Səmədova (44 kiloqram), Sima İsmayılova (46 kiloqram), Cəmilə Muradlı (48 kiloqram), Kəmalə Həsənova (51 kiloqram), Səma Abbasova (60 kiloqram) və Fidan Bəkərova (64 kiloqram) rinqə çıxacaqlar.
Birincilikdə Qalib Əbiyev isə hakimlər sırasında yer alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]