AZƏRBAYCAN BÖLGƏDƏ GEDƏN ÖNƏMLİ PROSESLƏRİN TƏŞƏBBÜSKARI VƏ İCRAÇISIDIR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 2-ci ilinə həsr olunmuş konfransda söyləmişdir. O demişdir: “Azərbaycanın iştirakı olmadan bölgədə heç bir siyasi, iqtisadi və nəqliyyat layihəsi həyata keçirilə bilməz. Bu, reallıqdır və getdikcə bizim önəmimiz artacaqdır. Azərbaycanın uğurlu inkişafı üçün indi ölkədə və bölgədə çox gözəl şərait mövcuddur. Bu şəraitin yaranmasında təbii amillərlə yanaşı, aparılan siyasət, ölkəmizin dünyadakı, bölgədəki möhkəmlənən mövqeyi böyük rol oynayır”.
Prezident bir daha vurğulamışdır ki, güclü Azərbaycan yaratmaq üçün bütün imkanlar var və bu müsbət amillərdən istifadə olunacaqdır. Bu gün görülən işlər bir neçə ildən sonra öz bəhrəsini verəcək, 2008-ci ilə qədər nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçiriləcəkdir.