Azərbaycan Buddist Beynəlxalq Kinofestivalında iştirak etmək üçün müraciət edib
Bakı, 16 dekabr, AZƏRTAC
2024-cü ilin yazında Tıvada keçiriləcək Buddist Beynəlxalq Kinofestivalında iştirak etmək üçün yeddi ölkə müraciət edib. Bu barədə kinofestivalın prezidenti Vitali Petrov bildirib.
AZƏRTAC xəbər verir ki, onun sözlərinə görə, iştirakçı ölkələr arasında Azərbaycan, ABŞ, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus yer alıb, müsabiqəyə ümumilikdə 18-ə yaxın kinolent təqdim edilib. TASS bildirir ki, Tacikistan və Çin nümayəndələrinin festivalda iştirakı barədə danışıqlar aparılır.
Festivalın məqsədi kino vasitəsilə buddist mədəniyyətinin populyarlaşdırılmasıdır.
Buddist Beynəlxalq Kinofestivalı 2022-ci ildən Tıva Respublikasının Kamba-lama regional hökuməti və idarəçiliyinin dəstəyi ilə Tıvada keçirilir. 2023-cü ildə qazaxıstanlı rejissorlar Məhəmməd Məmirbəyov və Əzizə Zairovanın “Ana, mən sağam” filmi müsabiqənin Qran-Prisinə layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]