Azərbaycan çempionu Rumıniyanın “Styaua” klubunun qapısından ikinci cavabsız top keçirib
Bakı, 19 yanvar, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun Antalyada təlim-məşq toplanışı davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu ikinci yoxlama matçında Rumıniyanın “Styaua” klubu ilə qarşılaşıb.
Matça sürətli başlayan komandamız ilk olaraq Dani Kintana ilə qola yaxınlaşsa da, onun zərbəsi rəqib müdafiəçiyə tuş gəlib. Bir neçə dəqiqə sonra Dani Kintananın cərimə meydançasına ötürməsini Dino Ndlovu qolla tamamlayıb. İlk hissə “Qarabağ”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissədə də komandamız fərqlənib. Matçın 59-cu dəqiqəsində Muarem Muarem ikinci topu rəqib qapısından keçirib.
Beləliklə, görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]