Azərbaycan Cüdo Federasiyası narkomaniyaya qarşı kampaniyaya başlayıb
Bakı, 4 iyun, AZƏRTAC
BMT-nin Baş Assambleyası tərəfindən iyunun 26-sı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. Bu günün əhəmiyyəti və vacibliyini geniş ictimaiyyətə çatdırmaq üçün Azərbaycan Cüdo Federasiyası (ACF) “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox” şüarları altında kampaniya elan edərək idman ictimaiyyətini səfərbər olmağa çağırır.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzini seçməyə, asudə vaxtlarını daha səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir.
Azərbaycan cüdo ailəsinin üzvləri narkotikə yox deyərək kampaniyaya qoşulublar. Bununla da cüdo ailəsi sağlam cəmiyyətin qurulmasına sadiq olduğunu nümayiş etdirib. Bu günün önəmini vurğulamaq üçün ACF estafeti Güləş, Gimnastika, Həndbol, Stolüstü Tennis, Ağır Atletika federasiyalarına ötürür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]