Azərbaycan cüdoçuları "Bakı-2018"də bürünc medal uğrunda yarışacaqlar
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarında bürünc medal uğrunda görüşə çıxacaq.
AZƏRTAC xəbər verir ki, təsəlliverici görüşdə Niderland yığmasına 4:2 hesabı ilə qalib gələn cüdoçularımız üçüncü yer uğrunda görüşdə güclərini sınayacaqlar.
Qeyd edək ki, millimiz səkkizdəbir finalda Avstriya cüdoçularına 5:1 hesabı ilə qalib gəlib. Dörddəbir finalda Yaponiya yığmasına 2:4 hesabı ilə uduzan seçməmiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb.