AZƏRBAYCAN CÜDOÇUSU ELNUR MƏMMƏDLİ DÜNYA ÇEMPİONATININ GÜMÜŞ MÜKAFATÇISIDIR
AZƏRTAC xəbər verir ki, Rio-de-Janeyroda keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan cüdoçusu Elnur Məmmədli (73 kiloqram) koreyalı Ki Çun Vanqu ilə final görüşünün əlavə vaxtında cüzi xalla uduzaraq ikinci yerə çıxmışdır. Beləliklə, idmançımız gümüş medalla yanaşı, 2008-ci il Pekin olimiadasına lisenziya da qazanmışdır.
Xatırladaq ki, Azərbaycan idmançıları hələlik dörd lisenziya əldə etmişlər. Birinci lisenziyanı yüngül atlet Ramil Quliyev, ikincisini Elnur Məmmədli qazanmışlar. Sentyabrın 17-də Bakıda başlanmış güləş üzrə dünya çempionatının ilk günü yunan-Roma güləşçilərimiz Rövşən Bayramov və Fərid Mansurov da Olimpiya lisenziyaları qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [22:46]
“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]