İQTİSADİYYAT
AZƏRBAYCAN DƏMİRYOLÇULARI TRASEKA LAYİHƏSİ ÜZRƏ ÖHDƏLİYİ UĞURLA YERİNƏ YETİRİRLƏR
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi TRASEKA layihəsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliyin mühüm bəndlərindən birini yerinə yetirmişdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, Qazıməmməd stansiyasında 12 əsas yolun təmiri başa çatdırılmış, əlavə 2 yol inşa edilmişdir. Beləliklə, bu stansiyada qatarların vaxtında və təhlükəsiz qəbul edilməsi, yola salınması təmin olunmuş, onun yük qəbuletmə və yükburaxma qabiliyyəti xeyli artmışdır. Dəmiryolçular bu işləri daxili imkanlar hesabına görmüşlər.
TRASEKA layihəsinə uyğun olaraq, Azərbaycan dəmir yolunun 5 iri qovşaq və sərhəd stansiyasında da əsaslı təmir və genişləndirmə işləri görülmüşdür.