Azərbaycan diasporundan ukraynalı jurnalistlərin Dağlıq Qarabağa qeyri-qanuni səfərinə etiraz
Bakı, 26 noyabr, AZƏRTAC
Ukraynanın “1+1” televiziya kanalının jurnalistlərinin Azərbaycanın icazəsi olmadan Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağa səfər etməsi və ölkəmiz əleyhinə veriliş hazırlaması ilə əlaqədar Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu bu kanalın rəhbərliyinə rəsmi olaraq öz etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, etiraz məktubunda jurnalistlərin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qurulmuş, heç bir dövlətin, o cümlədən Ukraynanın tanımadığı qondarma respublikaya səfəri pislənilir. Həmçinin Azərbaycana qarşı yönəlmiş, cəfəng iddialarla dolu proqramın hazırlanmasının qəbuledilməz olduğu vurğulanır.
Xatırladaq ki, Ukraynanın “1+1” telekanalının jurnalistləri “15 respublik” verilişinin növbəti buraxılışını hazırlamaq üçün noyabrın 23-də Xankəndidə olublar. Verilişdə Azərbaycana qarşı heç bir əsası olmayan iddialar səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]