Azərbaycan dili üzrə sertifikasiya imtahanı üçün metodik vəsait dərc edilib

Bakı, 8 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili üzrə sertifikasiya imtahanı üçün metodik vəsait dərc edilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, metodik vəsait səviyyələr üzrə Azərbaycan dili imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanla əlaqədar tərtib olunmuş “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram, yeni imtahan modelinin tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilib, onların rəy və tövsiyələri nəzərə alınmaqla, dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılıb.
Metodik vəsaiti kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Xatırladaq ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [13:45]
Çinin Dalian Texnologiya Universitetinin nümayəndə heyəti BDU-da olub
- 18.06.2025 [13:12]
ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində
- 18.06.2025 [13:06]
Üzeyir Hacıbəylinin jurnalistlik fəaliyyəti - elmi seminar
- 18.06.2025 [12:37]
Məktəb psixoloqları müsahibəyə cəlb olunacaq
- 18.06.2025 [12:07]
BMU “Qlobal Dayanıqlı İnkişaf” konqresində təmsil olunur
- 18.06.2025 [11:27]
UNEC “Times Higher Education Impact” reytinqində 801-1000-ci yerə yüksəlib
- 18.06.2025 [11:14]