Azərbaycan Dövlət Aqrar Universitetində ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb
Bakı, 23 iyul, AZƏRTAC
“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kurslarına qeydiyyat başlanıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihə aqromühəndislik və baytarlıq istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədilə icra edilir.
ADAU-nun maddi-texniki bazasının ən müasir tələblərə uyğun yenidən qurulması tədbirləri çərçivəsində maşın-traktor parkının istismara verilməsi, tədris mərkəzlərinin yaradılması, heyvandarlıq komplekslərinin, baytarlıq klinikasının, heyvan kəsimi sexinin, quşçuluq tədris mərkəzinin, süni mayalanma tədris mərkəzinin istifadəyə verilməsi bu sahələr üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaradır.
Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunacaqlar. Həmçinin, kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Müraciət üçün aşağıdakı linkə daxil olun: https://bit.ly/2TfsYl4
Müraciətin son tarixi iyulun 28-dir.
Ətraflı məlumat üçün www.adau.edu.az saytına daxil ola bilərsiniz.