Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan elminin bayraqdarı: irəliləyən və inkişaf edən Milli Elmlər Akademiyası - 75

Azərbaycan elminin bayraqdarı: irəliləyən və inkişaf edən Milli Elmlər Akademiyası - 75

Bakı, 26 mart, AZƏRTAC

Çoxəsrlik dövlətçilik ənənəsinə malik olan xalqımız bu gün müstəqil Azərbaycan Respublikası ilə tarixinin ən güclü dönəmini yaşamaqdadır. Prezident İlham Əliyevin müdrik, peşəkar və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regional lider dövlətdən dünyəvi güc mərkəzlərinin birinə çevrilib. Öz fəaliyyətində milli və dövlətçilik maraqlarını hər zaman və hər şeydən üstün tutan ölkə Prezidentinin rəhbərliyi ilə respublika həyatının bütün sferalarında dinamik, dayanıqlı və nümunəvi inkişaf yaşanmaqdadır. Dövlət başçısının məxsusi diqqət göstərdiyi, şəxsi nəzarətdə saxladığı sahələrdən birini də ölkəmizin elmi potensialı, onun inkişafı təşkil edir. Bu potensialı qoruyub saxlamaq, inkişaf etdirmək, dünya elminə daha sürətli inteqrasiyasını təmin etmək istiqamətində qəti və məhsuldar addımlar atılır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan az sayda dövlətin sahib olduğu kosmik təsisata malikdir və bu istiqamətdə işlər hər il daha da gücləndirilir, ölkənin ümumi inkişafına töhfə verir. Prezident İlham Əliyev elmi ictimaiyyətin nümayəndələri ilə görüşlərində dəfələrlə vurğulayıb ki, müasir dövrdə hər bir dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Bu səbəbdən ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun “Azərbaycan elminin bayraqdarı: irəliləyən və inkişaf edən Azərbaycan Milli Elmlər Akademiyası - 75” məqaləsində yer alıb.

Bildirilib ki, dövlətimizin başçısı gərgin və məhsuldar ictimai-siyasi fəaliyyətində hər zaman AMEA-ya xüsusi münasibət göstərib. Prezident İlham Əliyevin Azərbaycanda Elm Gününün məhz AMEA-nın yarandığı gündə - martın 27-də qeyd edilməsi ilə bağlı imzaladığı Sərəncam bu elm məbədgahına münasibətin bariz nümunəsidir. Ölkə rəhbəri mütəmadi olaraq akademiya əməkdaşlarının sosial rifahının, iş şəraitinin daha da yaxşılaşdırılması, AMEA-nın elmi müəssisələrinin maddi-texniki bazasının dünya standartlarının tələblərinə cavab verməsi istiqamətində müvafiq sərəncamlar imzalayır, göstəriş və tapşırıqlar verir. Dövlət başçısının AMEA-nın illik hesabat iclaslarında şəxsən iştirakı, burada səsləndirilən fikirlərə akademik səviyyədə münasibət bildirməsi, akademiyanın fəaliyyət və inkişaf perspektivləri istiqamətində tələb və təkliflər irəli sürməsi isə dünya praktikasında çox az rast gəlinən hadisədir. Son dövrlər Prezident İlham Əliyevin AMEA ilə bağlı həyata keçirdiyi tədbirlərdən biri də akademiyanın nəzdində Yüksək Texnologiyalar Parkının yaradılması oldu. Bu Parkın təsis edilməsi Azərbaycan elminin innovativ inkişaf imkanlarının daha da genişləndirilməsi, dünya elminə inteqrasiya istiqamətində böyük əhəmiyyət kəsb edir. Bu gün burada tətbiqi tədqiqatlar üçün münbit şərait yaradılıb. Yüksək Texnologiyalar Parkı AMEA üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir. Ölkə rəhbərinin elmə, ümumən AMEA-ya olan diqqət və qayğısı hər zaman bu qurumun əməkdaşları, çoxminlik elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Akademiya rəhbərliyi və əməkdaşları ölkə rəhbərinin etimadını, dövlət qarşısında öhdəliklərini doğrultmağa çalışır. Qeyd edilməlidir ki, Azərbaycanın ictimai-siyasi həyatında böyük idarəçilik təcrübəsi olan görkəmli dövlət xadimi, akademik Ramiz Mehdiyev AMEA-ya prezident seçildikdən sonra akademiya yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, akademik Ramiz Mehdiyev AMEA-nın öz fəaliyyətini dövlətçiliyimizin daha da güclənməsinə, ölkəmizin uğurlu inkişafına yeni töhfələr verməsinə, Prezident İlham Əliyevin siyasi kursunun əməli işlə dəstəklənməsinə istiqamətlənməli olmasını vurğulayıb. Son bir neçə ayda AMEA-nın fəaliyyətinin dövrün tələblərinə cavab verməsi, fəaliyyət imkanlarının daha da genişləndirilməsi istiqamətində davamlı olaraq ciddi kadr-struktur islahatları həyata keçirilir. Eyni zamanda, “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” tərtib olunub. Bu proqram prioritetlərin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin nailiyyətlərinin təkmilləşdirilməsi və digər bu kimi önəmli məsələləri əhatə edir. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi, azərbaycançılıq ideologiyasının əsaslarının işlənib hazırlanmasında elmin dəstəyinin təmin edilməsi də proqramda yer alan mühüm müddəalardır. Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə həyata keçirilən çox vacib işlərdən biri də AMEA-nın Nizamnaməsində dəyişikliklər edilməsidir.

Qısa müddətdə AMEA-da həyata keçirilən uğurlu layihələr sırasında müasir dövr üçün əhəmiyyətli olan, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanan “Elmi kadrlar” Milli İnformasiya Sistemini qeyd etmək olar. Bu sistem vasitəsilə akademiyada elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi və proqnozlaşdırılması, analitik və statistik təhlillər aparılması, elektron hesabat formalarının hazırlanması, elmi informasiyanın əlçatanlığının təmin edilməsi və s. məsələlər daha çevik və optimal surətdə həyata keçiriləcək.

AMEA-nın qarşısında qoyulan ümdə vəzifələrdən biri də mötəbər beynəlxalq elmi qurumlarla əlaqələrin qurulmasıdır. Bu isə öz növbəsində akademiyanın beynəlxalq arenada mövqelərinin güclənməsinə, dünya elminə inteqrasiyanın daha effektli və sürətli keçidinə səbəb olacaq.

Diqqətə çatdırılıb ki, bu gün AMEA öz fəaliyyətində Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını, dövlət proqramlarını, akademik Ramiz Mehdiyevin təşəbbüslərini əsas tutur. Bunun nəticəsidir ki, AMEA ölkəmizin ümumi inkişafına, dövlətçilik siyasətinə töhfələr verir. Belə ki, AMEA alimləri tərəfindən yerli xammal əsasında kimyəvi tərkibi olmayan gübrə istehsalı, daha keyfiyyətli və səmərəli işıq lampaları, dronların elektron sxemi qurulur, Naftalan yağı alınır, nəqliyyatda istifadə olunan ekoloji təmiz məhsullar əldə edilir. Ölkənin bank-maliyyə bazarının tənzimlənməsi ilə bağlı bank sektoru nümayəndələri ilə birgə layihələr həyata keçirilir. Əhalinin sosial müdafiəsinin daha səmərəli təşkili üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər icra olunur. Son dövrdə fundamental tədqiqatlar iqtisadiyyat sahəsində uğurla tətbiq olunur. Bütün bu uğurlara baxmayaraq, yüksək inkişaf və yeniləşmə dövrünü yaşayan respublikanın ümumi işinə töhfə vermək, ölkə rəhbərinin etimadını doğrultmaq üçün akademiyanın qarşısında yeni vəzifələr dayanır. Bu vəzifələr, eyni zamanda, dünya elminin inkişaf meyillərindən, eləcə də ölkənin strateji inkişaf istiqamətlərindən irəli gəlir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, hazırda qarşımızda duran ən vacib vəzifələrdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu vəzifənin həllində isə bütün dövlət və özəl sektorun, müvafiq qurumların öz payı var. Bu baxımdan, qeyri-neft sektorunun inkişaf etdirilməsi elmi nəticələrin kommersiyalaşdırılması və innovasiya fəaliyyətinin gücləndirilməsini labüd edir. Təsadüfi deyil ki, akademik Ramiz Mehdiyevin AMEA qarşısında qoyduğu tələb və vəzifələrdən ən başlıcası elmi kəşflərin iqtisadiyyatda tətbiqinə nail olmaqdır. Bu məqsədlə akademik Ramiz Mehdiyevin təşəbbüsü və iştirakı ilə AMEA əməkdaşlarının müxtəlif nazirliklərin rəhbərləri ilə görüşləri təşkil edilir, əməkdaşlıq perspektivləri müzakirə olunur, mövcud problemlər yerindəcə həllini tapır. Akademiyanın idarə edilməsində bu cür yanaşma nəinki AMEA, bütövlükdə Azərbaycan elmi üçün bir yenilikdir. Bu yeni metodun uğurlu tətbiqi isə bir sıra müsbət nəticələr vəd edir. Belə ki, akademiyanın müvafiq elmi strukturlarının fundamental tədqiqatlarının özəl və ya dövlət qurumlarının iqtisadi layihələrində tətbiqi elmi inkişafın nəzəri aspektdən praktik səviyyəyə keçməsinə şərait yaradacaq. Kommersiya layihələrindən əldə olunan gəlir AMEA-nın maddi-texniki bazasının daha da güclənməsinə, əməkdaşların maddi təminatlarının daha da yaxşılaşmasına səbəb olacaq. Bu isə öz növbəsində stimullaşdırıcı amil hesab olunur. Elmə olan dövlət qayğısı, ölkə rəhbərliyinin tələb və gözləntiləri elmi ictimaiyyətimiz qarşısında yeni üfüqlər açdığı kimi, həm də yeni məsuliyyət yaradır. Alim adını şərəflə daşımaq isə bir başqa fəxarətdir. Əminik ki, irəliləyən və inkişaf edən AMEA-nın elmi ictimaiyyəti ölkənin inkişafı naminə vətəndaşlıq və vəzifə borclarının öhdəsindən əzmkarlıqla gələcək və alim adının məsuliyyətini qürurla doğruldacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib