AZƏRBAYCAN ENERJİ TƏHLÜKƏSİZLİYİ BAXIMINDAN HEÇ KİMDƏN ASILI OLMAYACAQDIR
Bu barədə Astarada modul tipli elektrik stansiyasının açılış mərasimində Prezident İlham Əliyev bildirmişdir. Azərbaycanın dövlət başçısı demişdir: indiki qış aylarında bəzi ölkələrdə yaşanan enerji, qaz böhranı onu göstərdi ki, bu, çox ağır, sosial və bəzi hallarda, siyasi məsələyə çevrilir. Azərbaycan bu baxımdan sığortalıdır, təbii sərvətləri var. Amma təbii sərvətlər o zaman insanlara xidmət edir ki, onlar işlənilir, istifadə olunur, neft hasil edilir, neft-qaz kəmərləri, stansiyalar tikilir. Azərbaycanın enerji təhlükəsizliyi çox yüksək səviyyədə təmin olunacaq və ölkəmiz gələcək illərdə region üçün, Avropa istehlakçıları üçün çox önəmli enerji mənbəyi olan ölkəyə çevriləcəkdir.