Azərbaycan Futzal Federasiyasının prezidenti “Araz” klubunun üzvləri ilə görüşüb
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov Bakı İdman Sarayında ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz” klubunun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, AFF prezidenti komandanın hazırlıq durumu ilə maraqlanıb, əsas seçmə mərhələ çərçivəsində Slovakiyada keçiriləcək qrup oyunlarında təmsilçimizə uğurlar arzulayıb.
Baş məşqçi Joze Alesio Da Silva isə komandanın oyunlara hazır olduğunu, məqsədə nail olmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib.
Qeyd edək ki, “Araz” UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 3-də Litvanın “Vytis”, ertəsi gün Maltanın “Valletta” komandası ilə qarşılaşacaq. Qrupda son oyun meydan sahibi “Luçence”yə qarşı keçiriləcək ki, bu görüş oktyabrın 6-da baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]