AZƏRBAYCAN GİMNASTLARI İTALİYA ÇEMPİONATINDA ÇIXIŞ EDİRLƏR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan gimnastları Aliyə Qarayeva və Anna Qurbanova bədii gimnastika üzrə İtaliya çempionatında iştirak edirlər. Paduya şəhərinin “Ardor” klubunu təmsil edən A.Qarayeva iplə hərəkətlərdə 17,175 bal, lentlə hərəkətlərdə isə 17,225 bal toplamışdır ki, bu da komanda üzrə ən yüksək göstərici olmuş, nəticədə “Ardor” yeddinci yeri tutmuşdur.
Komo şəhərinin “Komens” klubu tərkibində çıxış edən Anna Qurbanova isə lentlə kompozisiyaya görə 15,900 bal toplamış, klub üzrə ikinci nəticəni göstərmişdir. “Komens”in gimnastları ümumən 92,075 bal toplayaraq doqquzuncu yeri tutmuşlar.
Yarışlar üç turdan və dekabrın 6-da keçiriləcək finaldan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]