AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI DÜNYA VƏ AVROPA BİRİNCİLİKLƏRİNİN QALİBLƏRİNİ MÜKAFATLANDIRMIŞDIR
Bakı, 12 avqust (AZƏRTAC). Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə iyulun 21-26-da Serbiyanın Zrinyanin şəhərində təşkil olunmuş yeniyetmələr arasında Avropa və avqustun 4-9-da Ankarada təşkil olunmuş gənclər arasında dünya birinciliklərinin qalib və mükafatçıları, hakim və məşqçilərini təltif etmişdir.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, tədbir iştirakçılarını salamlayan federasiyasının 1-ci vitse-prezidenti Namiq Əliyev Azərbaycan güləşinin sürətlə inkişaf etdiyini vurğulamışdır.
N.Əliyev federasiyada həyata keçirilən islahatların artıq öz bəhrəsini verdiyini bildirərək, 2012-ci il Londonda keçiriləcək Olimpiya Oyunlarında da güləşçilərimizdən ciddi nəticələr gözlənildiyini söyləmişdir.
Sonra dünya və Avropa birinciliklərində fərqlənən idmançılar, onların məşqçiləri, hakimlər və komandaların həkimlərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]