AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ AVROPA ÇEMPİONATINA HAZIRLAŞIRLAR
Bakı, 15 iyul (AZƏRTAC). Gənclər arasında güləş üzrə Avropa birinciliyində iştirak edəcək Azərbaycan yığma komandasının tərkibi müəyyənləşdirilmişdir. Çempionat iyulun 21-dən 26-dək Serbiyanın Zrenyanin şəhərində keçiriləcəkdir.
Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, sərbəst güləş yarışlarında ölkəmizi baş məşqçi Əsgərxan Novruzovun rəhbərliyi ilə Mircəlal Həsənzadə (42 kq), Çingiz Qaxacov (46 kq), Fərrux Ələkbərov (50 kq), Toğrul Əsgərov (54 kq), Nurlan Hacıyev (58 kq), Firudin İsmayılov (63 kq), Kazım Abbasov (69 kq), Orxan Şərifov (76 kq), Elcan Usubzadə (85 kq) və Əli Maqomedabirov (100 kq) təmsil edəcəklər.
Məşqçi Arifə Fərmanovanın başçılıq etdiyi qadınlardan ibarət yığma komandaya Kəmalə Əliyeva (46 kq), Fatma Əhmədova (49 kq), Nigar Əhmədova (52 kq) və Solmaz Haşımzadə (56 kq) daxil edilmişlər.
Yunan-Roma güləşi üzrə yarışlarda baş məşqçi Bəhram Mürvətovun rəhbərliyi ilə Elman Muxtarov (42 kq), Emin Novruzov (46 kq), Eldəniz Əzizli (50 kq), Tahir Niftəliyev (54 kq), Hüseynqulu Əlimcanov (58 kq), Məmmədqulu Müzəffərov (63 kq), Toğrul Yunisli (69 kq), Fuad Əliyev (76 kq) və Süleyman Babayev (85 kq) iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]