AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ DÜNYA ÇEMPİONATININ 2 MEDALINI QAZANMIŞLAR
Bakı, 9 avqust (AZƏRTAC). Ankarada gənclər arasında sərbəst güləş üzrə keçirilən dünya çempionatında Azərbaycanın 2 idmançısı gümüş medal qazanmışdır.
Altmış kiloqram çəki dərəcəsində çıxış edən Ağahüseyn Mustafayev dalbadal qırğız güləşçisi Bakzat Dombayevi və Monqoluistan nümayəndəsi Batçulun Batmaqnaini məğlubiyyətə uğratmış, yarımfinalda isə amerikan Cordan Oliverə qalib gəlmişdir. Finalda onun rəqibi rusiyalı Timur Sabolov olmuşdur. Təssüf ki, idmançımız qələbə çala bilməmiş və gümüş medalla kifayətlənmişdir.
Doxsan altı kiloqramadək çəki dərəcəsində Camaləddin Maqomedov finala doğru yolda kubalı Eduardo Mes Rabini və slovakiyalı Jozef Jalovarı məğlubiyyətə uğratmış, dörddəbir finalda macar Daniel Liqetini, sonra türk Fatih Yasarlını udmuş, finalda isə İran güləşçisi Erfan Əmiriyə uduzmuşdur.
Bu gün daha dörd Azərbaycan idmançısı xalça üzərinə çıxmış, onlardan ikisi-Cəbrayıl Həsənov (66 kq) və Aslanbəy Alborov (84 kq) yarımfinala vəsiqə qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]