AZƏRBAYCAN GÜLƏŞÇİLƏRİ POLŞAYA YOLLANACAQLAR
Bakı, 7 avqust (AZƏRTAC). Avqustun 13-14-də Varşavada sərbəst və qadın güləşi üzrə beynəlxalq turnirlər keçiriləcəkdir. Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, kişilər arasında “Ziolkovski” turnirində ölkəmiz 5 güləşçi ilə təmsil olunacaqdır.
Kişilərin yarışında Azərbaycan idmançıları - Xaybulla Şaalov (63 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Novruz Temrezov (84 kq), Maksim Proxorov (120 kq) qüvvələrini sınayacaqlar.
Qadınlar arasında keçiriləcək “Varşava Kuboku” turnirində isə Azərbaycanın idman şərəfini Mariya Stadnik (48 kq), Yuliya Radkeviç (55 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Dina İvanova (72 kq) qoruyacaqlar.
Xanmirzə Məlikəliyev və Elman İsmayılov isə yarışda hakim qismində iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]