Azərbaycan güləşçisi Elis Manolova Avropa çempionatında gümüş medal qazanıb
Bakı, 1 aprel, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qadın güləşçimiz Elis Manolova (65 kq) mübarizəyə B qrupundan qoşulub. Təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. E.Manolova qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabı ilə qalib gəlib. Qrupda ikinci yeri tutan E.Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə (2:1) qalib gələn güləşçimiz dördüncü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparıb. Rəqibinə növbəti dəfə məğlub olan (0:4) E.Manolova gümüş medal qazanıb.
Beləliklə, E.Manolova 4-cü dəfə qitə birinciliyində fəxri kürsüyə qalxıb. Onun hesabında 1 qızıl və 3 gümüş medal var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]