Azərbaycan güləşçisi Nihad Quluzadə U-23 dünya çempionatının finalına yüksəlib
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatının finalında mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz qızıl medal uğrunda görüşdə iranlı Poya Marzla qarşılaşacaq.
Millimizin digər üzvü Ziya Babaşov (63 kq) yarımfinalda iranlı İman Hussein Xan Məhəmmədiyə 1:5 hesabı ilə uduzub. O, üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir) - Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə görüşəcək.
Güləşçimiz Sərxan Məmmədov (130 kq) yarımfinalda ukraynalı Mixail Vişnivetski ilə dueldən məğlub ayrılıb - 3:6. Azərbaycan təmsilçisi üçüncü yer uğrunda görüşdə Əliəkbər Yusufiəhmədçali (İran) - Marin Nişimura (Yaponiya) görüşünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, medal qarşılaşmaları bu gün keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:20]
"Şamaxı" legioner futbolçu ilə vidalaşıb
- 06.06.2026 [13:04]
Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib
- 06.06.2026 [12:37]
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO
- 05.06.2026 [23:59]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:06]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [20:28]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]