AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN TƏDBİRİNDƏ İŞTİRAK ETMİŞLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan hərbçiləri NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində Almaniyanın Oberammerqau şəhərində keçirilən “Ehtiyatların idarə edilməsi üzrə təhsil proqramı” kursunda iştirak etmişlər.
Hərbçilərimiz tədbirə NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq qatılmışlar.