Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ictimaiyyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb

Azərbaycan ictimaiyyəti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan ictimaiyyəti Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir.

Azərbaycan ictimaiyyətinin Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinə müraciəti

Möhtərəm Vladimir Vladimiroviç!

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığına əsasən Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin həbsdən azad edilməsi faktı Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirib.

Məlum olduğu kimi, bu hadisə mayın 28-də Moşkovo qəsəbəsi rayonunda baş verib. RF DİN-in versiyasına görə, yol patrul xidməti əməkdaşları içərisində zərərçəkmişin olduğu avtomobili sürəti aşdığına görə təqib edəndən sonra dayandırıblar. Asayiş keşikçiləri hüquq pozanları qovub çatanda həmin maşındakı gənclər çıxıb qaçmağa başlayıblar. Lakin asayiş keşikçiləri qaçanlardan birini tuta biliblər, bundan sonra əlbəyaxa döyüş başlanıb. Vəkil Abdullayev həmin gənclərin köməyinə gələndə polis işçisi Aleksandr Qusev onun başına atəş açıb.

Biz səlahiyyət həddini aşmış polis işçisinin həbsdən azad olunmasını təkcə cinayətin ört-basdır edilməsi və bəyənilməsi kimi deyil, həm də ksenofobiyadan əziyyət çəkənlərin təşviq edilməsi kimi qiymətləndiririk.

Biz Rusiya Federasiyasının ictimai palatasının üzvü, “Yedinaya Rossiya” partiyasından Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanı da həmin insanlar kateqoriyasına aid edirik. M.Butina nəinki polisin hərəkətlərini bəyənib, hətta onun “xidmətə görə təltif olunmasını” təklif edib. Biz M.Butinanın söylədiklərini özümüzə dost hesab etdiyimiz, ənənələrinə, dilinə və mədəniyyətinə, beynəlmiləlçilik, tolerantlıq ruhuna və Rusiyanı həmişə məşhurlaşdıran mənəvi dəyərlərə hörmət və ehtiram bəslədiyimiz ölkədə ksenofobiyanın və dözümsüzlüyün təbliği kimi qiymətləndiririk. Azərbaycan ictimaiyyəti Mariya Butinanın Amerika həbsxanasında aldığı psixi zədələri əsas götürərək onun başqa millətlərdən olan insanlarla psixoloji uyuşmazlığının bu şəkildə təzahür etməsinə anlaşıqla yanaşmağa hazır olardıq, yalnız bu şərtlə ki, o, həm güllələnmiş gəncin ailəsindən, həm də bütün Azərbaycan xalqından üzr istəsin.

Polisin hərəkətlərinə gəldikdə isə Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarının Aleksandr Qusevin “qərəzli olmayan hərəkəti” kimi təqdim etməyə çalışdıqları atəş açılması üçün heç bir səbəb görmür. Əlində silah tutmuş insanlardan kim inana bilər ki, həmin silah guya polisin “həyatına təhdid yaradan” “qanun pozucusuna” özü belə reaksiya verib? Bu hökmün sübutsuz olmasının səbəbləri çoxdur. Məgər Vəkil Abdullayevin əlində tapança olubmu? Qusev tərəfindən güllələnmiş gənc məhz nə ilə təhdid edirmiş? Heç nə ilə!

Sual olunur: bu cür itaətsizlik silahdan istifadə etməyə nə dərəcədə əsas verir? Tapançanın lüləsi tamamilə müdafiəsiz olan gəncə qarşı yönəldilib. Şübhəsiz, bu hərəkətlər hüquqazidd olub.

Hörmətli Vladimir Vladimiroviç, biz hətta təsəvvür edə bilərik ki, buna oxşar bir hadisə bizdə, Azərbaycanda baş vermiş olsun. Amma kim bilir, əgər Qusevə və Butinaya oxşar insanlar sabah nahaq yerə günahsız insanların qanını tökməməyə çağıran əcdadlarımızın mənəvi qanununu unudaraq dözümsüzlük və ksenofobiya ideologiyasını təbliğ edən insanların sıralarını genişləndirməyə başlasalar, onda nə olacaq? Dünya onsuz da uçurum həddindədir, uçuruma yuvarlanmaq riski altındadır. Elə isə “qusevlərin”, “butinaların” və “bastrıkinlərin” əməllərini diqqətsiz qoymağa dəyərmi?

Bizim ölkəmizdə on milyondan çox insan yaşayır. Bu insanlar müxtəlif etnik, dil qruplarına və müxtəlif millətlərə mənsubdurlar. Onlar hamısı bu gün gərginlik içində diqqətlə Sizdən ədalətli qərar gözləyir. Hesab edirik ki, Abdullayevin qətli ilə bağlı bu çirkin əhvalatda əli olan insanlar ədalətli cəzalarını almalıdırlar.

1.Mixail Zabelin - Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri

2.Anastasiya Lavrina - Azərbaycan Rus İcmasının sədrinin müavini

3.Tural Gəncəliyev - Milli Məclisin deputatı

4.Sevil Mikayılova - Milli Məclisin deputatı

5.Arzu Nağıyev - Milli Məclisin deputatı

6.Hikmət Məmmədov - Milli Məclisin deputatı

7.Aydın Mirzəzadə - Milli Məclisin deputatı

8.Cavid Osmanov - Milli Məclisin deputatı

9.Bəxtiyar Sadıqov - Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru

10.Mirşahin Ağayev - “REAL TV”nin rəhbəri

11.Əflatun Amaşov - Mətbuat Şurasının sədri

12.Elçin Şıxlı - Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru

13.Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi

14.Eynulla Fətullayev - “Haqqin.az” saytının baş redaktoru

15.Orxan Fikrətoğlu - müstəqil jurnalist

16.Murad Hüseynov - İTV-nin baş direktorunun müavini

17.Şakir Eminbəyli - “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi

18.Vüsalə Abışova - “Azəri-Press” informasiya agentliyinin rəhbəri

19.Murad Əliyev - “Report” informasiya agentliyinin rəhbəri

20.Səadət Məmmədova - ATV rəhbərinin müşaviri

21.Emin Musəvi - “ASAN radio”nun rəhbəri

22.Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru

23.Kəmalə Məmmədova - “1news.az” saytının baş redaktorunun müavini

24.Tofiq Abbasov - AzTV-nin siyasi icmalçısı

25.Vyaçeslav Sapunov - bloger

26. Aynur Quliyeva - “Gündəlik Teleqraf” MMC-nin rəhbəri

27.Həmid Həmidov - “Global Media Group”un media direktoru

28.Ədalət Verdiyev - hərbi şərhçi, bloger

29.Emil Mustafayev - “Minval.az” saytının baş redaktoru

30.Elçin Alıoğlu - “Milli.az” saytının baş redaktoru

31.Vüsal Məmmədov - “Azvision.az” saytının baş redaktoru

32.Şakir Ağayev - “Novoye vremya” qəzetinin baş redaktoru

33.Araz Zeynalov - “Vesti.az” saytının rəhbəri

34.Yunis Orucov - AzTV-nin informasiya proqramları studiyasının direktor müavini

35.Namiq Mailov - “Region+” jurnalının baş redaktoru

36.Yeganə Hacıyeva - bloger

37.Rauf Zeyni - Milli QHT-lər Forumunun prezidenti

38.Fatma Səttarova - Müharibə və Əmək Veteranı, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

39.Azər Allahverənov - “Avrasiya miqrasiya təşəbbüsləri platforması” İctimai Birliyinin sədri

40.Şəmistan Əlizamanlı - “Vətənpərvərlik təbliğinə dəstək” İctimai Birliyinin sədri

41.Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

42.Novella Cəfəroğlu - hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri

43.Səadət Bənənyarlı - hüquq müdafiəçisi, “Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bürosu” İctimai Birliyinin rəhbəri

44.Səltənət Qocamanlı - hüquq müdafiəçisi, “İnsan Haqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin rəhbəri

45.Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri

46.Rufiz Qonaqov - “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin rəhbəri

47.Fəxrəddin Həsənzadə - Gənclər üçün Təhsil Mərkəzinin direktoru

48.Zaur Məmmədov - Bakı Politoloqlar Klubunun rəhbəri

49.Ramil İsgəndərli - “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri

50.Şəlalə Həsənova - “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin rəhbəri

51.Məhərrəm Zülfüqarlı - “İctimai Problemlərin Tədqiqi Assosiasiyası” İctimai Birliyinin rəhbəri

52.Nüşabə Məmmədova - “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin rəhbəri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddə biri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-Lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

İstanbulda leysan nəticəsində 2 nəfər ölüb, təhsil müəssisələrində tədris birgünlük dayandırılıb VİDEO

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub

Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb

Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb VİDEO

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi VİDEO

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir VİDEO

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO