AZƏRBAYCAN İDMANÇILARI QILINCOYNATMA ÜZRƏ BEYNƏLXALQ TURNİRDƏ UĞURLA İŞTİRAK ETMİŞLƏR
Bakı, 11 avqust (AZƏRTAC). “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin qılıncoynadanları Türkiyədə keçirilmiş beynəlxalq turnirdə uğurlu nəticə göstərmişlər. Qılıncoynatma Federasiyasından xəbər verirlər ki, Səbinə Mikina qızıl medal, Sevil Bünyadova gümüş, Aidə Ələsgərova və Sevinc Bünyadova isə bürünc medallar əldə etmişlər.
İdmançılarımız komanda yarışlarında da fərqlənmiş və birinci yeri tutmuşlar. İkinci yerə Türkiyə, üçüncü yerə isə Gürcüstan idmançıları çıxmışlar.
Kişilər arasında yarışlarda Azərbaycan qılıncoynadanı Samir Məmmədov ikinci yeri tutmuşdur. Qızıl medalı türkiyəli Ərdağan Qızıldar, bürünc medalı isə Gürcüstan idmançısı Beka Bazadze əldə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]