AZƏRBAYCAN İES-İN YENİDƏNQURULMASI LAYİHƏSİ ÜZRƏ TEXNİKİ MƏSLƏHƏTÇİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ ÜÇÜN MÜSABİQƏ ELAN EDİLMİŞDİR
Layihənin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən kreditləşdirilməsi barədə razılıq əldə olunmuşdur. Bu yaxınlarda müvafiq sənədlərin imzalanacağı gözlənilir.
Energetika sahəsində konsaltinq xidmətlərinə görə dünyada tanınmış Almaniyanın DEKON, Vattenfall, Fichtner, Finlandiyanın Enprima və Yaponiyanın TEPCO şirkətlərinə sorğu göndərilmişdir. Müsabiqə komissiyası iddiaçıların təkliflərini iyulun sonunadək araşdırıb qalibi müəyyənləşdirəcəkdir. Qalib gəlmiş şirkət layihənin reallaşması zamanı konsaltinq xidmətləri göstərəcəkdir.
Ötən əsrin 80-ci illərində Mingəçevirdə tikilmiş bu enerji obyekti ölkədə ən böyük elektrik stansiyasıdır. Burada hər birinin gücü 300 meqavat olan 8 blok fəaliyyət göstərir. Avadanlığın köhnəlməsi stansiyanın istehsal imkanlarının azalmasına səbəb olmuşdur. Həyata keçiriləcək tədbirlər stansiyanın hər blokunun gücünün 330-340 meqavata çatdırılmasına imkan verəcəkdir.