AZƏRBAYCAN İLƏ ÇİNİN HƏRBİ SAHƏDƏ ƏLAQƏLƏRİNİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Səfir Ç.Xayçjou sabiq hərbi attaşe baş polkovnik Tszin Çjitsianqın missiyasını başa çatdırması haqqında müdafiə naziri S.Əbiyevə məlumat vermiş və yeni hərbi attaşe baş polkovnik Veycian Funu təqdim etmişdir.
Müdafiə naziri sabiq hərbi attaşe baş polkovnik T.Çjitsianqın vəzifəsini şərəflə yerinə yetirdiyini bildirərək, ona Azərbaycan-Çin hərbi əlaqələrinin inkişafına göstərdiyi xidmətlərə görə təşəkkür etmişdir.
Nazir, həmçinin yeni hərbi atteşe baş polkovnik Veycian Funu təyinatı münasibətilə təbrik edərək, Azərbaycan ilə Çin arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi işində ona uğurlar arzulamışdır.
General-polkovnik S.Əbiyev Azərbaycan-Çin hərbi əlaqələrinin qənaətbəxş olduğunu qeyd edərək, bu münasibətlərin daha da inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu söyləmişdir.
Görüşdə tərəflər maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
- 16.10.2026 [11:30]