Azərbaycan ilə Rusiya arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir
Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib.
Oqtay Əsədov Azərbaycanda rus dilinə yaxşı münasibətin olduğunu və ölkəmizdə rus dilində məktəblərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hər iki ölkənin parlamentləri arasında da sıx əlaqələr var.
Vladimir Jirinovski Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdiyini və tez -tez yüksək səviyyəli görüşlərin keçirildiyini deyib. O qeyd edib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişafı üçün böyük imkanlar var.
Rusiyalı qonaq deyib: “Azərbaycan ilə Rusiya daim sadiq tərəfdaş olublar. Bu, Heydər Əliyevin hakimiyyəti illərində də belə idi, İlham Əliyevin prezidentliyi dövründə də belədir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]