Azərbaycan ilə Syerra-Leone arasında paralimpiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının vitse-prezidenti İlqar Rəhimov Syerra-Leone Paralimpiya Komitəsinin prezidentinin dəvəti ilə bu ölkəyə səfərə gedib.
AMPK-dan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Syerra-Leone Respublikasında Paralimpiya dəyərlərinin cəmiyyətə çatdırılması, görmə məhdudiyyətli və əlilliyi olan şəxslərin idmana cəlb olunması, onların cəmiyyətə inteqrasiyası mövzusunda təcrübə mübadiləsi aparılmasıdır. Eyni zamanda, sosial layihələr, o cümlədən abilimpiya dəyərləri və hərəkatın inkişafı mövzusunda dəyirmi masalar təşkil ediləcək.
Səfər zamanı İ.Rəhimovun Syerra-Leonenin prezidenti Julius Maada Vonie Bio, vitse-prezident, baş nazir, xarici işlər naziri, idman naziri, sosial müdafiə naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Syerra-Leone, Qvineya və Liberiya Paralimpiya komitələrinin rəhbər şəxsləri, digər idman komitələrinin sədrləri və əlilliyi olan idmançılarla görüşlərin keçirilməsi planlaşdırılır.
Səfər mayın 22-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]