AZƏRBAYCAN İQTİSADİYYATININ İNKİŞAF SÜRƏTİ BİZİ HEYRƏTLƏNDİRMİŞDİR
Rusiyanın bu maliyyə qurumlarından birinin rəhbəri Yuri Kudimov çıxışında bildirmişdir ki, respublika hökumətinin üzvləri ilə görüşlərdən və son iki ay ərzində ölkədə ÜDM-in 30 faiz artması barədə məlumat aldıqdan sonra biz Azərbaycan iqtisadiyyatının inkişaf sürətindən heyrətlənmişik.
Onun sözlərinə görə, Rusiya şirkətləri Azərbaycan bazarı ilə maraqlanır və 2001-ci ildən bu bazar barədə məlumat toplayır. Onlar Azərbaycan müəssisələrinin özəlləşdirilməsində iştirak etmək, burada MEK-MEB nümayəndəliklərini açmaq niyyətindədir. Böyük biznes mərkəzinin tikilməsi barədə də qərar qəbul edilmişdir.