AZƏRBAYCAN İRANA ÖLKƏMİZİN TURİZM SAHƏSİNƏ SƏRMAYƏ QOYMAĞI TƏKLİF ETMİŞDİR
Gənclər, idman və turizm naziri Əbülfəz Qarayev İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Əhməd Məscid Camei ilə görüşü zamanı bildirmişdir ki, Azərbaycana gələn turistlərin çoxunun qonşu ölkədən olduğunu nəzərə alaraq, İran tərəfinə respublikamızın tarixi, mədəniyyəti, memarlıq abidələri haqqında film çəkməyi təklif edir. Nazirin fikrincə, bu, İrandan gələn turistlərin artmasına səbəb olacaqdır. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazirlik rəhbərliyinin Azərbaycana gəlmək üçün aylıq turist vizalarının qiymətini 40 dollardan 20 dollara endirmək haqqında Milli Məclisə təklif verdiyi bəyan olunmuşdur. Əbülfəz Qarayev demişdir ki, müqəddəs yerlərə ziyarətlərin təşkili sahəsində İranın böyük təcrübəsi var. Azərbaycanda da belə ziyarətgahlar az deyildir. O, İran tərəfinə müvafiq turist marşrutlarının təşkilinə sərmayə qoymağı təklif etmişdir.
İran naziri isə demişdir ki, Azərbaycan gəncləri İranda keçirilən beynəlxalq kino festivallarda, rəssamlıq sərgilərində fəal iştirak edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]