Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-İtaliya tərəfdaşlığı yeni qlobal layihələrə yol açır ŞƏRH

Azərbaycan-İtaliya tərəfdaşlığı yeni qlobal layihələrə yol açır  ŞƏRH

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici siyasətində İtaliya ilə münasibətlər özünəməxsus spesifikliyi ilə seçilir. Bu münasibətlərə yalnız iki dövlət arasında əlaqələr prizmasından baxmaq düzgün olmaz. İtaliya, əslində, Azərbaycanın Avropaya açılan pəncərəsidir. İllər ərzində İtaliya, həm Avropa İttifaqına üzv olan, həm də olmayan dövlətlərlə, eləcə də digər Avropa qurumları ilə münasibətlərimizin balanslaşdırılmasında mühüm rol oynayıb və əhəmiyyətli töhfələr verib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə və müxtəlif təzyiqlərlə üzləşdiyimiz zamanlarda İtaliya ilə qurulan münasibətlər xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu münasibətlərin nəticəsində TAP layihəsinin gerçəkləşməsinə şərait yarandı. Layihənin qarşısında duran mürəkkəb maneələr isə İtaliya Prezidenti Sercio Mattarellanın şəxsi müdaxiləsi ilə aradan qaldırıldı. Azərbaycan da öz növbəsində layihənin uğurla tamamlanması üçün bütün resurs və potensialını səfərbər etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, 2020-ci ilin sentyabr-noyabr aylarında müharibə şəraitində olan Azərbaycan həmin ilin dekabrında TAP layihəsini uğurla istifadəyə verdi. Bu nailiyyət özü ölkəmizin praqmatik və uzaqgörən siyasətinin bariz nümunəsidir. Baxmayaraq ki, həmin dövrdə Azərbaycana təzyiqlər və təhdidlər kifayət qədər güclü idi və bəziləri ölkəmizin qələbəsini qəbul etmək istəmirdi, dövlətimiz hər addımı dəqiq hesablayaraq praqmatik siyasət yürütməyi bacardı.

Deputat vurğulayıb ki, vaxtilə Cənub Qaz Dəhlizinə skeptik yanaşan populistlərin və layihəyə mane olmağa çalışan fürsətçilərin planlarını alt-üst edən əsas amil bu gün həmin dəhliz vasitəsilə 14 ölkəyə təbii qazın ixrac edilməsidir. Onun sözlərinə görə, Azərbaycanın boru kəmərləri ilə qaz ixracının coğrafi arealı üzrə dünyada birinci yeri tutması da mühüm faktdır. Hazırda yalnız İtaliyaya 10 milyard kubmetrdən artıq qaz ixrac olunur. Azərbaycanın nefti İtaliyanın neft balansında birinci, qazı isə ikinci yerdədir. Bu göstəricilər iki ölkə arasında tərəfdaşlığın möhkəmliyinin, qarşılıqlı etimad və inamın bariz nümunəsidir.

İtaliya Azərbaycanın dünya bazarlarına çıxışı üçün etibarlı kanaldır və bu ölkə vasitəsilə ixrac olunan neft və qazın həcmi əhəmiyyətli dərəcədə artıb. Əldə olunan uğurlar yeni layihələrin reallaşdırılmasına da yol açır. Hazırda Azərbaycan Avropa İttifaqına elektrik enerjisi ixracı ilə bağlı işlər aparır. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında elektrik xətlərinin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlandığını və yaxın zamanda tamamlanacağını qeyd edib. TAP-ın da daxil olduğu, ümumilikdə 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi isə Azərbaycanın daha geniş coğrafiyaya çıxışını təmin edir.

Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələrin hər gün daha da dərinləşdiyini deyən A.Badamov əlavə edib ki, İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətində 90 faizə yaxın göstərici məhz Azərbaycanın payına düşür. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 16 milyard dolları ötüb və bu rəqəm İtaliyanı Azərbaycanın birinci xarici tərəfdaşına çevirib. Xəzərin dibi ilə Avropaya ötürüləcək elektrik enerjisi layihəsi əməkdaşlığı daha da genişləndirməklə yanaşı, qarşılıqlı inam və etimadı möhkəmləndirəcək. Bu müddət ərzində həyata keçirilən layihələr hər iki tərəfin etibarlı tərəfdaş olduğunu bir daha sübut edib.

Deputatın sözlərinə görə, Azərbaycanın prioritet məsələlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasıdır. Bu prosesdə qabaqcıl texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir ki, İtaliya şirkətləri də bu işdə yaxından iştirak edirlər.

“Münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı maraq mövcuddur. Bu maraq iqtisadi əlaqələrlə məhdudlaşmır, humanitar sahədə əməkdaşlıq da inkişaf etdirilir ki, bu da uzaqgörən və dayanıqlı yanaşmanı göstərir. Bu amil yalnız dövlətləri deyil, eyni zamanda, cəmiyyətləri də bir-birinə yaxınlaşdırır. İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günləri mədəni irsimizin tanıdılması ilə yanaşı, bu ölkə vətəndaşlarının Azərbaycana marağını artırır.

Azərbaycan-İtaliya Universitetinin açılması isə gələcəyə yönəlmiş sərmayədir. Universitet yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək, xüsusilə aqronomiya və baytarlıq sahəsində peşəkar kadr çatışmazlığını aradan qaldıracaq. Universitetin məzunları həm də iki ölkənin maraqlarının fəal müdafiəçiləri kimi çıxış edəcəklər.

İtaliya-Azərbaycan münasibətləri həm tarazlaşdırıcı, həm də balanslaşdırıcı funksiyaya malikdir. Bu münasibətlərin inkişafı yalnız iki ölkəyə deyil, həm də geniş coğrafiyaya stabillik və fayda gətirir”, - deyə Azər Badamov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib