AZƏRBAYCAN KANOEÇİLƏRİNİN DÜNYA ÇEMPİONATINDA İLK RƏQİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
Bakı, 12 avqust (AZƏRTAC). Avqustun 13-də Kanadanın Dartmut şəhərindəki Banuk gölündə start götürəcək kişi və qadınlar arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya çempionatının püşkü atılmışdır. Azərbaycanı təmsil edəcək Valentin Demyanenko və Sergey Bezuqlıy-Maksim Prokopenko duetinin seçmə mərhələdəki rəqibləri müəyyənləşmişdir.
Bezuqlıy-Prokopenko duetinin həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə rəqibləri arasında 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibləri Aleksandr Boqdanoviç-Andrey Boqdanoviç (Belarus) qardaşları da var.
200 metr və 500 metr məsafələrə yürüşdə çıxış edəcək Valentin Demyanenkonun seçmə mərhələdə ən ciddi rəqibləri isə Pekin Olimpiadasının finalçıları Florin-Giorgian Mironçiç (Rumıniya) və Atilla Vayda (Macarıstan) olacaq. Hər iki kanoeçi 500 metr məsafəyə yürüşə qatılacaqlar.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, Demyanenko 25-28 iyunda Almaniyanın Brandenburq şəhərində keçirilmiş Avropa çempionatında 200 metr məsafəyə yürüşdə qızıl medal qazanmışdır.
Bezuqlıy-Prokopenko dueti isə qitə çempionatında 500 metr məsafəyə yürüşdə bürünc medala layiq görülmüşdür. 1000 metr məsafəni isə kanoeçi duetimiz 4-cü yerdə başa vurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]