AZƏRBAYCAN KARATEÇİLƏRİ AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, mayın 2-də Tallində böyüklər arasında Avropa çempionatı keçiriləcəkdir.
Yarışda iştirak edəcək Azərbaycan milli komandasının heyətinə 9 karateçi cəlb edilmişdir. Ölkəmizin idman şərəfini şəxsi yarışlarda Qurban Tağıyev (60 kq), Rəşad Hüseynov (65 kq), Rafael Ağayev, İsrafil Şirinov (hər ikisi 70 kq), Şahin Atamov (75 kq), Amal Atayev (80 kq), Ceyhun Ağasıyev (80 kq-dan yuxarı) və Tale Babayev (açıq çəkidə) qoruyacaqlar. Onlar həmçinin kumite və komanda kumite döyüşlərində də mübarizə aparacaqlar.
Qadınların mübarizəsində isə ölkəmizi Adilə Qurbanova kata stilində təmsil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]